ice berg

ice berg Heyvanlar aləmi 6-08-2025, 12:00

Alimlər insanların ən çox hansı heyvanlardan qorxduğunu açıqladı

Alimlər insanların ən çox hansı heyvanlardan qorxduğunu açıqladı

Alimlər sübut ediblər ki, heyvanlar insan qorxusunun ən güclü tətikçilərindən biridir.

 

Loading.aZ IFLScience jurnalına istinadən xəbər verir ki, onlar uzun illər ərzində müəyyən təkamül təhlükəsi yaradırlar.

 

“British Journal of Psychology”də dərc olunan yeni araşdırmalarında alimlər insanların ən çox hansı heyvanlardan qorxduğunu müəyyən ediblər. Bu məqsədlə Çexiya və Slovakiyadan olan 2000-ə yaxın onlayn iştirakçının iştirakı ilə təcrübə aparılıb. Onlardan insanların ən çox qorxusuna səbəb olan 24 heyvanı nə qədər qorxulu və iyrənc gördüklərini qiymətləndirmələri istənilib.

 

Məlum olub ki, hörümçəklər birinci yerdədir. Onlar qorxuya görə 5 baldan 4,39, iyrəncliyə görə isə 4,47 bal toplayıblar.

 

Qeyd olunur ki, könüllülərin demək olar 19%-i hörümçək şəklini görəndə güclü qorxu hiss edib. Alimlər vurğulayıblar ki, araxnofobiya (araxnidlərdən qorxma) kifayət qədər yayılmış fobiyadır.

 

Tədqiqatçılar insanların hörümçəklərdən qorxmalarını onların qəribə bədən quruluşu və sürətli və gözlənilməz hərəkətlərə meylli olduqları üçün izah ediblər. Bundan əlavə, hörümçəklər tez-tez qaranlıq sığınacaqlarda gizlənirlər.

 

İkinci yerdə zəhərli gürzələr olub. Onların şəkilləri könüllülərin 10%-də ən böyük qorxu reaksiyasına səbəb olub.

 

Alimlər insanların çox vaxt siçan, siçovul və yarasalardan qorxduğunu da bildiriblər. Könüllülərin kiçik bir faizi atlar, öküzlər, itlər və pişiklərdən qorxduğunu deyib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
210 193 226 190 234 220

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.