AzizA

AzizA Dəri və saç 6-08-2025, 10:30

Yayda üz dərisi səpkilərini necə müalicə etmək olar?

Yayda üz dərisi səpkilərini necə müalicə etmək olar?

Yay aylarında insanların əksəriyyətində üzdə səpkilər, sızanaqlar və qızartılar müşahidə olunur.

Bəs bunun səbəbləri nədir ?

Mütəxəssislər bunun əsas səbəblərinin isti hava, tərləmə, günəş şüaları və düzgün dəri baxımının aparılmaması ilə bağlı olduğunu bildirirlər.

Dermatoloqların sözlərinə görə, yayda dərinin yağ balansı dəyişir, məsamələr daha tez tutulur və bu, iltihablı dəri problemlərinə yol açır. Xüsusilə SPF qoruyucu kremlərdən istifadə etməyən və dərini gün ərzində təmiz saxlamayan şəxslərdə səpkilərin daha sıx müşahidə olunduğu qeyd olunur.

Dəriyə qulluqda səhvlər, makiyajın düzgün təmizlənməməsi, eləcə də balanssız qidalanma və su qəbulunun az olması da səpkiləri artıran amillər sırasındadır.

Mütəxəssislər səpkilərin qarşısını almaq üçün gündəlik dəri təmizliyi, günəşdən qoruyucu vasitələrin istifadəsi və sağlam qidalanmanı tövsiyə edirlər. Uzun müddət keçməyən və ya ağırlaşan dəri problemləri ilə qarşılaşanlara isə dermatoloqa müraciət etmələri məsləhət görülür.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
283 282 300 292 297 304

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.