ice berg

ice berg İslam Dini 13-08-2025, 17:00

Kərbəla türbətinə ehtiram göstərmək vacibdirmi?

Kərbəla türbətinə ehtiram göstərmək vacibdirmi?

İslam şəriətinə görə, namazda alını səcdə üçün icazə verilən yerlərə qoymaq lazımdır. Bunun üçün ən yaxşısı torpaq, torpaqların içində də ən üstünü Kərbəla türbətidir. Kərbəla türbətini az miqdarda da olsa, torpağa qarışdırır və bundan möhür hazırlayırlar, həmin möhür namazda səcdə üçün istifadə edilir. Hədislərə görə, Kərbəla türbətini az miqdarda suya qarışdırıb içmək də xəstəliklərdən şəfa tapmaq üçün faydalıdır.

Kərbəla türbətinə ehtiram göstərmək lazımdır. Bu türbəti və möhürü qəsdən murdarlıq olan yerə, zibilliyə tullamaq olmaz. Hədislərdə Kərbəla türbətinə və möhürə qarşı hörmətsizlik göstərən şəxslərin bəlaya düçar olmaları barədə məlumatlar vardır. Ənənəyə görə, müsəlmanlar Kərbəla türbətindən hazırlanmış möhürü öpüb gözlərinin üstünə qoyur, bu yolla İmam Hüseynə (ə) öz ehtiramlarını göstərirlər.

 


Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
249 279 303 237 243 264

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.