HASANLY

HASANLY İdman 11-08-2025, 12:22

Türkiyə Superliqasında yeni mövsümün ilk turuna yekun vurulacaq

Türkiyə Superliqasında yeni mövsümün ilk turuna yekun vurulacaq

Bu gün Türkiyə Superliqasında 2025/26 mövsümünün ilk turuna bir görüşlə yekun vurulacaq.

Loading.Az xəbər verir ki, son oyun günündə "Trabzonspor" doğma meydanda "Kocaelispor"u qəbul edəcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 22:30-da start götürəcək.

Qeyd edək ki, ilk turun oyunlarında "Qalatasaray" "Qaziantep"i 3:0, "Samsunspor" "Gənclərbirliyi"ni 2:1, "Antalyaspor" "Kasımpaşa"nı 2:1, "Göztəpə" "Rizespor"u 3:0, "Konyaspor" isə "Eyüpspor"u 4:1 hesabı ilə məğlub edib.

Türkiyə Superliqasının cari turunda keçirilməsi planlaşdırılan "Kayserispor" - "Beşiktaş", "Fatih Karagümrük" - "Başakşəhər" və "Fənərbağça" - "Alanyaspor" qarşılaşmaları təxirə salınıb. Buna səbəb isə klubların avrokuboklardakı çıxışları olub. Türkiyə Futbol Federasiyasının qəbul etdiyi qərara görə, klubların I tur oyunları avrokuboklar başa çatdıqdan sonra keçiriləcək.

11 avqust

Türkiyə Superliqası

I tur

Saat 22:30, "Trabzonspor" - "Kocaelispor".

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
195 188 206 154 158 151

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.