ice berg

ice berg Moda.Dəb 16-08-2025, 16:00

Stilistlər isti hava üçün ən yaxşı geyimləri AÇIQLADI

Stilistlər isti hava üçün ən yaxşı geyimləri AÇIQLADI

Stilistlər Lora Lonqmayr, Co Heys və Sintiya Kennedi isti havada geyinmək üçün ən yaxşı geyim və ayaqqabıları açıqlayıblar. 

 

Loading.aZ bu stilləri təqdim edir:

 

Mütəxəssislər geniş kətan şalvarları, qolsuz trapeziya formasında paltarları və maksi uzunluqda ətəkləri ən uyğun seçimlərdən hesab ediblər. Siyahıya həmçinin kapri şalvarlar və platforma və ya dabanlı espadrillər də daxildir. Heys qeyd edib ki, espadrillər yay obrazının ayrılmaz hissəsidir:


“Bu, klassik üslubdur, hər zaman zərif və qadınsayağı görünür”, — deyə o vurğulayıb və espadrilləri kapri şalvar, şort və ya ətəklə kombin etməyi məsləhət görüb.

 

Bundan əlavə, ekspertlər tək rəngli, mayka və geniş şalvardan ibarət kostyumları, poplin köynəkləri və uzun pambıq paltarları da tövsiyə ediblər. Onların fikrincə, bu geyimlər universal xarakter daşıyır və istənilən məqam üçün uyğundur. Siyahının sonunda bədənə oturan mayka-paltar və günəşdən qoruyucu effektli şalvarlar yer alır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
212 190 223 259 196 202

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.