Lusi

Lusi Hekayələr 1-10-2017, 13:00

Jasmin - BöLüm 18

Jasmin - BöLüm 18



Jasmin (YıxıLmadım) BöLüm 18

Yeni İl dən sonra Rüstamdan

Jasminin mənə sarılmasıyla ruhum donmuşdu sanki,Hərəkətsiz qalmışdım ama hisslərimə hakim olmalı idim.Çətinliklədə olsa ayağa qalxıb ondan ayrıldım.

-Gəldiyin yerə qayıt

-Rüstam məni dinləməlisən sənə hər şeyi başa salacam

-Gəldiyin yerə qayıt dərhal.Sən mənim üçün bitibsən!

Onu dinləmədən ordan uzaqlaşdım tədbir keçirilən məkana qayıtdım.İçəri girib ətrafa göz gəzdirdim ancaq Sofiya yox idi.Başımı çevirəndə önümdə Cahiti gördüm.Yanına gedib qolundan tutdum

-Hardadı?Sofiya hardadı?

-Sən hardasan bəs?Sənin yanına düşmüşdü sonra gözləri dolmuş bir şəkildə çantasını götürüb çıxdı

-Niyə əngəl olmadın niyə getməsinə icazə verdin?

-Sofiyanı axtaracaqsan yoxsa,Mənimlə mübahisə edəcəksən?

Cəld addımlarla ordan çıxıb bayırda dayandım maşınımda burda idi,Kimlə getmişdi?Hara getmişdi?

Niyə gözləri dolmuşdu ki?Bu vaxt yanımdan keçən ofisiant mənə yaxınlaşıb dedi

-Bir şeymi axtarırsız Cənab?

-Mənimlə bura gələn xanım onu görməmisən?

-Bir neçə dəqiqə əvvəl,İçəri apardığım çaylardan 2 dənə götürdü aşağı sahilə tərəf endi orda axtara bilərsiz Cənab

Əlimi onun çiyninə qoyub çox sağol dedim.İndi hər şey aydındır bizi görmüşdü.Vəziyyəti ona izah etməli idim.Ama nəyi izah edəcəkdim axı?Jasmini sevirsənmi deyə sual versə nə cavab verəcəyəm?Ama hər halda onu tapmalı idim.

-Maşınımı gətirin

Deyib pilləkənlərlə aşağı endim maşına minib sürəti artırdım.Telefonuna zəng çatmır lənətə gələsən!

Onu necə tapa bilərəm deyə düşünərkən axlıma Rafiq Bəy gəldi mənə o, kömək edə bilərdi

-Alo Salam Rafiq Bəy bağışlayın sizə narahatlıq verirəm bu saatda ama, çox vacib bir məsələ var

-Buyur oğlum narahatçılığı yoxdu

- ....................... Nömrəni isdifadə edən insan hal-hazırda hardadır?Yerini tapmaq lazımdır

-Mənə bir neçə dəqiqə ver oğlum uşaqlara deyirəm indi baxsınlar

-Oldu Rafiq Bəy sizdən cavab gözləyəcəm

Deyib telefonu keçirdim Jasmin gəlişiylə hər şeyi məhv etdi hər şeyi məhv etdi.Sofiyayla xoşbəxt idim ama olmadı yenə olmadı.Zəng gəlirdi nə olar tapılsın yeri allahım

-Oğlum artardığın adam hal-hazırda öz evindədir

-Evindəmi?

-Hə Rüstam nəsə olub?

-Yox Rafiq Bəy çox sağolun

-Sən nə vaxt mənə Bəy deməkdən əl çəkəcəksən?Əmi de oğlum mənə

-Oldu Rafiq Əmi çox sağolun söz verirəm yaxın müddətdə bir çayınızı içməyə gələcəm

-Hər zaman gözləyirəm oğlum

-Sağolun

Tez Sofiyanın evinə tərəf yönləndim.Maşından enib qapıya tərəf qaçdım.Sürətli bir şəkildə qapını döyəcləməyə başladım.
Yıxılmadım
-Sofiya aç qapını Sofiya

Bir neçə saniyədən sonra Sofiya qapını açdı

-Nə üçün səs- küy salmısan Rüstam?Qonşulardan ayıbdı

-Sənə hər şeyi izah edəcəm məni dinlə sadəcə

-Dinləyim?Jasminlə öpüşdüyün dəqiqələrin həzzinimi danışacaqsan?

-Sən bildiyin kimi deyil Sofiya Mən orda tamam başqa məqsədlə dayanmışdım

-Rüstam inan artıq maraqlı deyil mənə

-Jasminin üzüyü barmağına taxdığım üzüyü dənizə atmağa getmişdim.Birdən gəldi və

-Üzük hardadır Rüstam?

Əlimi tez cibimə atıb çıxardım burdadır bax bu üzük

-Hələ də yanındadır görürsən Rüstam?Sən onunla vidalaşmağa hazır deyilsən.Çünki hələdə onu sevirsən

Sadəcə başımı aşağı salıb susmuşdum.

Sofiyadan

-Sadəcə səndən son bir şey isdəyəcəm Rüstam

Gözləri dolmuş şəkildə üzümə baxırdı.Yenədə üzündə məsumluq ifadəsi var idi.Onun bu halına dayana bilmirdim həqiqtən. Keşke oda məni sevsə .....

-Sənə sonuncu dəfə sarılmaq isdəyirəm

Gözündən bir damla yaş süzüldü.Əllərini mənə tərəf açdı yanına gedib ona sarıldım.Nə qədər qırılsamda qollarının arasında özümü güvəndə hiss edirdim.Nəfəsini hiss edirdim ruhumda.Bir qədər belə qalandan sonra çətinliklə ayrıldım.

-Çox sağol Rüstam

Bir kəlmə belə olsa danışmırdı.Əlimlə başını qaldırıb dedim

-Hey Üzülmə sən xoşbəxt olmağa layiqsən,Biz sadəcə sınadıq ama alınmadı Rüstam.Sən Jasmini hələdə sevirsən,Mən sabah burdan gedirəm

-Hara gedirsən?Sən bura aidsən(Ağlayaraq)

-Məni bura bağlayan tək şey sən idin Rüstam

-Mən hələdə burdayam getmə...

-Ama artıq mənim deyilsən,Əslində heç vaxt mənim olmamısan.Mən sadəcə ümid edirdim ama sənin Jasmini nə qədər sevdiyini bildiyim halda onu unutmanı gözləməyim axmaqlıq idi

-Sən artıq qəranını vermisən Sofiya

-Vidalaşmağımız yaxşı oldu Rüstam

-Heç ümid yoxdu?Məndə səninlə gedim?

-Sən tanıdığım ən gözəl insansan,Sən ideal birisən Rüstam.Sən hələdə burdasan(Ürəyini göstərərək)Həmişədə orda qalacaqsan

Bunu deyib tez qapını bağladım,Gözlərimdən axan yaşlara əngəl ola bilmirdim.

Rüstamdan

Nəfəsim tükənmişdi artıq.Neynəsəmdə dönməyəcəkdi ama çox dəyərli idi mənim üçün onu bir dəqiqədə silə bilməzdim axı.Tükənmiş bir halda maşına əyləşdim.Hara getdiyimi özüm belə bilmirdim.Yolumu itirmişdim mən, yolun sağında bar gördüm bura bizim uşaqların olmalı idi.Maşını kənara çəkib endim içəri keçib oturdum.Bir neçə dəqiqə sonra bir nəfər mənə yaxınlaşdı

-Salam Rüstam Bəy xoş gəlibsiz

-Təşəkkür edirəm ama tanımadım sizi

-Məkanı mənə siz hədiyyə etmisiniz indi buranı mən işlədirəm sizin sayənizdə



MüəLLif: Джиган(А л и)







Sayta verdi:Kukulka

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
646 563 490 625 530 603

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.