ice berg

ice berg Heyvanlar aləmi 5-09-2025, 07:00

Dəvələr zədələnmədən tikanlı kaktusları necə yeyir?

Dəvələr zədələnmədən tikanlı kaktusları necə yeyir?

Pustəlikdə yanan günəşin altında bitən kaktuslar qalın qabıq və iti tikanlarla özlərini müdafiə edirlər. Lakin dəvələr bu maneəyə əhəmiyyət vermir – onlar tikanlı kaktusları sevə-sevə yeyir və bunun üçün xüsusi uyğunlaşma mexanizmləri var.

 

Loading.aZ xəbər verir ki, dəvələr kaktusu təbiətdə mütəmadi olaraq yeyirlər. Bu bitki onlar üçün həm su, həm də qida maddələrinin mənbəyidir. Çətin şəraitdə yaşamaq üçün kaktus əsl xilasedici hesab olunur. Üstəlik, dəvələrin orqanizmi bu qidanı heç bir zərər olmadan qəbul etməyə tam uyğunlaşıb.

 

Dodaqlar: Dəvələr kaktusu heç vaxt birbaşa dişləri ilə qoparmır. Onlar qalın dəri ilə örtülü hərəkətli dodaqlarından istifadə edərək tikansız kimi görünən hissələri tutub qoparır, yalnız bundan sonra çənə ilə çeynəyirlər.

 

Dişlər və çənə: Onların 30 güclü və enli dişi var. Bu dişlər kaktusun tikanlarını və sərt qabığını xırdalayaraq təhlükəsiz “yaşıl sıyığa” çevirir.

 

Ağız boşluğu: Dəvələrin ağzı içərisində sərt dəri çıxıntıları olur. Onlar yumşaq toxumaları qoruyur və kaktusun tikanlarının zərər verməsinin qarşısını alır.

 

Dil: Dəvənin dili qalın, kobud və çox qatlı müdafiə hüceyrələri ilə örtülüdür. Bu səbəbdən tikanlar dili zədələyə bilmir. Amma belə quruluşun mənfi tərəfi də var – dəvələr yeməyin dadını demək olar ki, hiss etmirlər.

 

Əgər bəzi tikanlar çeynəmə zamanı qalsa belə, qalın udlaqdan rahatlıqla keçərək mədəyə düşür. Güclü və çoxqatlı mədə divarları isə ən sərt kaktus hissələrini belə asanlıqla həzm edir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
241 246 248 248 222 231

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.