Türkiyədə səs-küy doğuran əməliyyat: Populyar serialın gələcəyi təhlükədə
İstanbulda Can Holdinqə qarşı aparılan istintaq çərçivəsində "cinayət təşkilatı yaratmaq", "vergidən yayınma", "fırıldaqçılıq" və "çirkli pulların yuyulması" ittihamları ilə 121 şirkətin əmlakına həbs qoyulub. İdarəçiliyi TMSF-ə verilən qurumlar arasında Habertürk, Show TV, Bloomberg HT və HT Spor da yer alır. Sun.Az türk mediasına istinadən xəbər verir ki, əməliyyatdan sonra Show TV-də yayımlanan rekord qıran "Kızılcık Şerbeti" serialının gələcəyi müzakirə mövzusuna çevrilib. Sosial şəbəkələrdə diqqətçəkən kampaniya başlayıb, X platformasında çox sayda istifadəçi serialın yayımının dayandırılmasını tələb edib.






