"İlk günlər uşağın ağlaması və məktəbə getmək istəməməsi normaldır" - Psixoloq
Yeni tədris ili başlayıb və bir çox valideynlər övladlarının məktəb mühitinə uyğunlaşmasından narahatdır. Xüsusilə birinci sinifə başlayan uşaqlar üçün məktəbə adaptasiya dövrü həm həyəcanlı, həm də çətin ola bilər.
Psixoloq Psixoloq Arzu Əzizli Sun.Az
-a bildirib ki, uşaqlar üçün məktəb yalnız dərs öyrənmək yeri deyil, həm də sosiallaşma mühitidir:
"Məktəbə ilk günlərdə alışmaq çətindir. Uşaqlar yeni qaydalar, müəllim və sinif yoldaşları ilə qarşılaşırlar. Bu zaman valideynin əsas rolu dəstək olmaqdır, təzyiq göstərmək deyil.
Valideynlər məktəbi qorxulu yox, maraqlı və faydalı bir yer kimi təqdim etməlidir.
Yuxu və yemək saatlarının sabit olması uşağın özünü daha rahat hiss etməsinə kömək edir. Uşağın məktəbdə davranışı və emosional vəziyyəti barədə müəllimlə ünsiyyət vacibdir.İlk günlər uşağın ağlaması və məktəbə getmək istəməməsi normaldır. Valideynlər səbrli davranmalı, uşağı qınamamalıdır.Valideyn öz məktəb xatirələrini müsbət şəkildə danışaraq övladına motivasiya verə bilər.
Adaptasiya müddəti hər uşaqda fərqlidir. Bəzi uşaqlar bir neçə günə uyğunlaşır, bəzilərində isə bu, həftələrlə davam edə bilər. Əsas odur ki, valideyn uşağa sevgi, dəstək və güvən hissini ötürsün".






