ice berg

ice berg Məşhurlar 21-09-2025, 08:00

Silvestr Stallonedən “Rambo”nun davamı üçün maraqlı ideya

Silvestr Stallonedən “Rambo”nun davamı üçün maraqlı ideya

Hollivud ulduzu Silvestr Stallone əfsanəvi “Rambo” salnaməsinin davamı üçün öz ideyasını açıqlayıb.

 

Loading.aZ xarici mediaya istinadla xəbər verir ki, 79 yaşlı aktyor bunun üçün süni intellektdən istifadə etməyi planlaşdırıb.

 

Stallone müasir texnologiyalarla həqiqi bir eksperiment üzərində düşünürdü. Süni intellekt vasitəsilə aktyor yenidən gənclik halına “qayıtmalı” idi. Lakin bu ideya hamı tərəfindən birmənalı qarşılanmayıb.

 

“Hamı elə düşündü ki, mən dəli olmuşam. Süni intellekt o qədər mükəmməldir ki, Sayqona gedib onu 18 yaşında görə və əsasən eyni görüntüdən istifadə edə bilər. Buna görə də bu, elə də böyük bir şişirtmə deyil”, — deyə Silvestr bildirib.

 

Stallonenin ideyası rədd edilsə də, “Rambo” filmlər seriyası yenə də davam edəcək. 79 yaşlı aktyoru 29 yaşlı Noy Sentineo əvəz edəcək. O, “Çarlinin mələkləri”, “Qara Adam” filmlərində və “Netflix”in “Şantaj” serialında rolları ilə tanınır. Yeni filmin süjeti gənc Con Rambonun həyatına fokuslanacaq və Vyetnam müharibəsi dövründə baş verən hadisələri əhatə edəcək.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
197 279 199 199 240 197

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.