Mələy0001

Mələy0001 Xəbərlər 2-10-2017, 13:56

XƏBƏRDARLIQ! Sabahın HAVASI: Yağış, leysan, qar...

XƏBƏRDARLIQ! Sabahın HAVASI: Yağış, leysan, qar...


Oktyabrın 3-də Bakı və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var.

Mülayim şimal-qərb küləyi, arabir güclənəcək.

ETSN-dən BiG.AZ-a verilən məlumata görə, havanın temperaturunun gecə 12-14° isti, gündüz 14-16° isti, Bakıda gecə 12-14°, gündüz 14-16° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək.

Nisbi rütubət gecə 85-95 %, gündüz 60-70 % olacaq.

Tibbi-meteoroloji proqnoza əsasən, oktyabrın 5-dək Abşeron yarımadasında təmiz və oksigenlə zəngin hava şəraiti müsbət amil olsa da, arabir güclənən xəzri küləyi və yağışlı hava bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Azərbaycanın rayonlarında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, dağlıq ərazilərdə sulu qar, qar yağacağı ehtimalı var.

Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 8-13°, gündüz 13-16° isti, dağlarda gecə 2-5°, gündüz 5-9° isti, yüksək dağlıq ərazilərdə gecə 0-5° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
607 520 532 504 552 565

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.