ice berg

ice berg Sağlamlıq 23-09-2025, 07:00

Payızda xəstəliklərdən necə qorunaq? - Həkim danışdı

Payızda xəstəliklərdən necə qorunaq? - Həkim danışdı

Fəsillər dəyişəndə, havalar soyuyanda, adətən infeksion xəstəliklər yayılır. Gah isti, gah soyuq olduğundan nə geyinməli olduğumuzu bilmirik. Çox vaxt istidən-soyuğa keçdiyimiz üçün orqanizmimizdə qripəbənzər simptomlar müşayiət edirik.

 

Görəsən, özümüzü öncədən necə sığortalaya bilərik?

 

İnfeksion xəstəliklər və klinik mikrobiologiya uzmanı Vasif Əliyev mövzu ilə bağlı açıqlama verib.


“Payız respirator infeksiyaların daha çox müşahidə olunduğu fəsildir. Payızda insanlar qrip bənzəri xəstəliklərə yoluxurlar. Lakin bunlara təkcə qrip yox, eyni zamanda koronavirus, adenovirus və digər respirator viruslar aiddir.

 

Havaların soyuması, yay tətilinin bitməsi, təhsil müəssisələrinin fəaliyyətə başlaması, iş yerlərinə axın, ictimai nəqliyyatdan kütləvi şəkildə istifadə, qapalı məkanlarda vaxt keçirmək bu cür infeksiyaların insanlar arasında daha çox yayılmasına şərait yaradır. Odur ki, xəstəliyə yoluxmamaq üçün mövsümə uyğun geyinmək, sağlam qidalanmaq və zərərli vərdişlərdən uzaq durmaq lazımdır. Həmçinin qabaqlayıcı tədbir kimi oktyabr ayından etibarən qrip peyvəndi vurdurmaq mümkündür”.

 

Həkim qeyd edib ki, infeksiya zamanı antibiotik istifadəsi doğru deyil:

 

“İnfeksiyaya yoluxma əlamətləri olan şəxslər ev şəraitində qalmalı, istirahət halında, bol maye qəbul etməlidirlər. Ehtiyac yarandıqda isə tibbi maska ilə gəzməlidirlərlər. Xəstəlik ağırlaşarsa, mütləq həkim müayinəsinə düşərək, lazımi tədbirlər alınmalıdır. Xüsusən qeyd edim ki, virus infeksiyaları zamanı antibiotik istifadəsi doğru deyil. Bu xəstəliklərin müalicəsində onların rolu yoxdur”.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
184 191 161 163 151 156

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.