ice berg

ice berg Programlar 24-09-2025, 09:00

"WhatsApp"da yeni funksiya - "Facebook" hesabınızı göstərə biləcəksiniz

"WhatsApp"da yeni funksiya - "Facebook" hesabınızı göstərə biləcəksiniz


"WhatsApp" istifadəçilərin profillərinə "Facebook" hesablarını əlavə edə biləcəyi yeni funksiya üzərində işləyir.

 

Loading.aZ xarici mətbuata istinadən yaydığı məlumata görə, bu xüsusiyyət sayəsində istifadəçilər "Instagram"da olduğu kimi, "Facebook" hesab məlumatlarını birbaşa WhatsApp profillərində göstərə biləcəklər.

 

Yeni funksiyanın istifadəsi tamamilə istəyə bağlı olacaq. Hesabların həqiqətən istifadəçiyə məxsus olduğunu isə "Hesab Mərkəzi" vasitəsilə təsdiqləmək mümkün olacaq.

 

Təsdiqlənmiş hesabların yanında "Facebook" simvolu, təsdiqlənməmişlərin isə URL şəklində göstəriləcəyi bildirilib.

 

Qeyd olunur ki, bu funksiya, WhatsApp-ın daha çox sosial media xidmətlərini inteqrasiya etmək planının ilk addımı kimi qiymətləndirilir

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
186 223 209 194 204 163

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.