AzizA

AzizA Sağlamlıq 25-09-2025, 08:30

Baş ağrınızın COVID olduğuna işarə olan 5 ƏLAMƏTİ

Baş ağrınızın COVID olduğuna işarə olan 5 ƏLAMƏTİ

Baş ağrısı demək olar ki, bütün soyuqdəymə və virus infeksiyalarının müşayiət edən əlamətdir. Lakin koronavirus zamanı yaranan baş ağrısının özünəməxsus xüsusiyyətləri var və bu, onu adi narahatlıqdan fərqləndirir. Həkimlər bildirirlər ki, bu ağrı çox vaxt daha güclü, daha uzunmüddətli olur və adi ağrıkəsicilərə zəif cavab verir.

Bütün başı əhatə edən ağrı

Migren kimi yalnız bir nöqtədə olmur. Daha çox alın, gicgahlar və hətta ənsə nahiyəsində hiss olunan, yayılmış ikitərəfli ağrı olur.

Sıxıcı və ya nəbzvari xarakter

Pasiyentlər bu ağrını çox vaxt güclü təzyiq, başda “dəbilqə” hissi və ya güclü nəbz kimi təsvir edirlər.

Hərəkət zamanı gücəllənmə

Baş hərəkət etdikcə, xüsusilə irəli əyilərkən ağrı xeyli güclənir.

Ağrıkəsicilərə davamlılıq

Parasetamol və ya ibuprofen kimi adi dərmanlar çox vaxt kömək etmir və ya təsiri çox qısamüddətli olur, ağrı isə eyni güclə geri qayıdır.

Davametmə müddəti

COVID-19 zamanı baş ağrısı 3 gündən çox çəkə bilər, bəzən isə xəstəliyin bütün gedişatı boyu müşahidə olunur. Bəzi xəstələrdə isə bu, infeksiyanın ilk əlaməti olur.

Tabletlər kömək etmirsə nə etməli?

Ağrı dərmanlara davamlı olduğu üçün ev şəraitində bir sıra üsullar kömək edə bilər:

Bol maye qəbul edin susuzluq özü də baş ağrısı yaradır. Su, çobanyastığı, nanə, zəncəfil çayları için. Dincəlin, kifayət qədər yatın və fiziki yüklənmələrdən qaçın. Soyuq kompreslər alına, gicgaha və ya boyuna qoyulan soyuq kompres tez bir rahatlama verə bilər, xüsusilə temperatur olduqda.

Otağı tez-tez havalandırın – havasız mühitdə qalmaq ağrını artırır. Yüngül masaj boyun, çiyin və gicgah nahiyəsinin yüngül masajı əzələləri boşaldır və gərginliyi azaldır.

Nə vaxt təcili həkimə müraciət etmək lazımdır?

Əgər baş ağrısı həddindən artıq güclüdürsə, uzun çəkirsə və ya digər təhlükəli simptomlarla müşayiət olunursa, dərhal həkimlə məsləhətləşmək vacibdir. Təhlükə əlamətlərinə boynun hərəkətsizliyi, qusma, yüksək hərarət, şüurun pozulması, ətraflarda zəiflik daxildir.

COVID-in digər əlamətləri

Hazırda Avropada üstünlük təşkil edən yeni subvariantın ilk əlamətlərindən biri xırıltılı səsdir, bu isə asanlıqla adi soyuqdəymə ilə qarışdırıla bilər. Ən çox rast gəlinən əlamətlər bunlardır:

yüksək hərarət və ya üşütmə;

öskürək;

qoxu və dad hissinin itməsi və ya dəyişməsi;

nəfəs darlığı;

yorğunluq və zəiflik;

əzələ ağrıları;

boğaz ağrısı;

burun tutulması və ya axması;

iştahanın itməsi, ishal.

COVID-19 gedişi çox zaman soyuqdəymə və ya qripi xatırladır, lakin bəzi insanlarda əlamətlər xeyli uzun müddət davam edir və “uzun COVID” deyilən vəziyyətə keçə bilər.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
183 152 159 147 167 158

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.