Lusi

Lusi Hekayələr 3-10-2017, 20:40

Jasmin - BöLüm 19

Jasmin - BöLüm 19



Jasmin (Şərab şüşəsi) BöLüm 19


Hekayəmizdə sujet biraz dəyişəcək inşallah bəyənirsiz)

1 il 5 ay sonra (Yazardan)

Soyuq bir qış gecəsi qar bütün şəhəri ağuşuna almışdı,Külək küçələrdə olan qarı sovurur evlərin üzərinə çırpırdı.Soyuq qış gecəsində bayırda kimsə qalmamışdı yalnız meyxanənin qarşısında bir nəfər oturmuşdu.Üst-başından səfil birinə bənzəyirdi bir neçə dəqiqə fasilə ilə əlində ki,şərab şüşəsini başına çəkirdi.Vücudunun şərəba doyduğu bəlli idi, çünki içdiyi hər qurtumun yarısı boğazından aşağı süzülürdü.Ancaq ruhu?Ruhu şəraba doymamışdı bu qədər içməklə ruhunumu sərxoş edəcəkdi?Şərabı bitdikdən sonra şüşəni zibil qabına atdı,yox bu səfil biri deyildi zadəgan həyatından çıxmış biri idi.Əllərini cırılmış ciblərinə salıb ordan uzaqlaşmağa başladı ayaqqabıları qarın üzərində kiçik izlər buraxırdı.Çovğun sanki onu təqib edir var gücüylə ona güc gəlməyə çalışırdı bir qədər gedib küçədən çıxdı deyəsən yaşadığı yer burdan çoxda uzaq deyildi.Küçənin sonunda olan yarımçıq tikilmiş evə girdi burda yaşayırdı demək, soyuq torpaq üzərinə sərdiyi şeylərin üzərinə uzanıb üstünü qapatdı.

Meyxana

-Dünən nə qədər içdi Araz?

-Kimi deyirsən?

-Rüstami

-12 şüşə

-Bu gün onunla mütləq danışmalıyıq Araz, özünə qəsd edir hər gün bu adam

-Danışaqda danışsaq nə deyişəcək ki?Adamın dərdi var bunu səndə bilirsən

-Harda olsa indi gələr sən yuxarı çıx səhər gələnlər olacaq yemək gətir

Rüstamdan

Addımlarımın sürətini artırmağa çalışırdım lakin bacarmırdım gücüm qalmamışdı.Özümü ora çatdırmaq isdəyirdim çünki ruhum yalnız orda sakitlik tapırdı sərxoş olmaq isdəyirdim.İçəri girib öz yerimə keçdim sadəcə içmək isdəyirdim hava çox soyuq olduğundan əllərim donmuşdu ocağın yayınında qızındıqdan sonra dedim

-Hər zaman kindən

Araz pilləkənlərlə aşağı enirdi əlində bir şüşə və məktub var idi.Şüşəni qarşıma qoyub məktubları mənə tərəf uzatdı

-Bu sizə gəlib

-Mənə?

-Bəli

Məktubu açıb oxumağa başladım axı kim?Mənə məktub yazaqdı?Məktubda isə belə yazırdı:

Rüstam səninlə təcili görüşməliyik,Axşam saat 9 da bizim zirzəmiyə gəl


İmza:Ruslan

Məktubu bağlayıb stolun üsdünə qoydum Sənan mənə tərəf gəlib əlini məktuba uzatdı.Əlindən tutub onun qarşısına keçdim

-Bir baxaq görək kimdən gəlib bu məktub yetər bu qədər içdiyin artıq
-Sənə nə?

-Baxmağa icazə vermiyəcəksən?

-Əsla

-Nə üçün?

-Çünki nə sizədir,nə də sizdən...

Aldığı sərt cavabdan sonra Sənan başını aşağı salıb işinə davam etdi məktubu parça-parça edib zibil qabına atdım.

1 il 5 ay öncə(Çingizdən)

Sonunda həbsdən qaça bilmişdim indi Rüstamin bütün elədiklərinin əvəzini çıxacaqdım.

-Hə Fidan indi hardan başlayaq Rüstami əzməyə

-Çingiz böyük sözlər danışma mən olmasam sən kimsən ki,Rüstama nəsə edə biləsən

-Mənim tək dərdim Rüstamdi

-Rüstam sənin olacaq ama şirkətləri,Var dövləti hər şeyi mənim olacaq

-Razılaşmamız belədir

Yazardan 1 il 5 ay öncə

Rüstam və Ruslan gecəni içib yatmışdılar və sabah qalxanda Rüstama zəng gəlir.Zəng edən Jasmin idi,Görüşüb danışmaq isdəyirdi Rüstam əvvəl getmək isdəməsədə Ruslan getməsi üçün təkid etdi.Həqiqətləri öyrənməli idi bunun üçün maşına əyləşib Jasminin yanına getdi.Bütün olanları Jasmin danışmağa başladı hər sözündən sonra Rüstamin gözündən bir damla yaş süzülürdü

Yəni necə?Jasminin dediklərindən belə çıxırdı ki,Rüstami qoyub getmə səbəbi təhdid edilməsi idi?Rüstami tərk etməsə onu öldürəcəkdilər.

Həmin səhnə

Jasmin Rüstami görmək üçün otağa gəlir və Rüstamə tərəf silahını doğrultmuş bir nəfər görür adam Jasminə sakit olmağını səs çıxaracağı an Rüstami öldürəcəyini deyir.

-Nə isdəyirsən?Çəkil onun yanından

-Bizim isdədiyimiz sadə bir şeydir sən evə gedib paltarlarını yığırsan səhər Londona uçursan

Buda biletin deyib bileti mənə tərəf uzatdı

-Mən anlamıram nə deyirsiz?Siz kimsiz mən heç yerə getməyəcəm

-Gedəcəksən həmdə günü sabah özün bil ya sevgilin ölər yada

-Yaxşı sakit ol ona heçnə etmə nə isdəsəz edəcəm

-Bax belə xəsdəxanın ətrafı adamlarla doludur bura 1 dəfə girmişəmsə birdə girərəm ama 2 ci səfər danışmağa yox öldürməyə gələcəm

-İndi isə otaqdan çıx evinə get sabah Londona gedirsən

-Nə vaxt qayıdacam

-Belə çox danışsan heç vaxt!

-Ehh sən çox danışdın indi onu gəbərdərəm səndə görərsən

-Yaxşı sakit ol gedirəm təki ona heçnə etmə

-Ayy indi gözlərim dolacaq sevgilisini xilas etmək üçün necədə mücadilə edir

-Kəs səsini alçaq bir gün hamsının heyfini alar Rüstam sizdən

-Çox danışma bir kəlmə olsa bir adama bu barədə desən bilirsəndə

Jasmin otaqdan çıxıb evinə gedir

Yazardan: Davamı(Rüstam və Jasmin maşında)

Hamsını Rüstami xilas etmək üçün etmişdi,Qarşıdan yük maşını gəlirdi Rüstam maşını nə qədər kənara çəksədə Yük maşını sürətlə maşına tərəf gəlirdi.Nəticədə qəza baş verir

Qəza zamanı(Rüstamdan)

Sükanla oturacaq arasında sıxışıb qalmışdım Gözlərim onu gəzirdi.Ama yox idi burda ətraf insanla dolmuşdu xilas edicilər,təcili yardım maşınları bizə tərəf gəlirdi.Son olaraq gördüyüm Cahit və Eminin izdihamı yarıb bizə tərəf gəldiyi oldu.Məni maşından çıxardıqdan sonra maşın külə döndü gözlərimi təcili yardım maşınında açdım ayağa qalxmaq isdəsəmdə bacarmadım boynum qırılmışdı.

-Jasmin jasmin

Deyə sayıqlayırdım huşumu itirdim

2 gün sonra(Cahitdən)

Rüstamin əməliyyatı uğurlu olmuşdu özünə gəlməsədə həkim vəziyyətinin yaxşı olduğunu dedi.Ama oyansa ona nə deyəcəkdik?Jasminin vəziyyəti çox pis idi tanınmaz hala gəlmişdi.Üzü tamam yanmışdı həkimlər vəzyətinin yaxşı olacağına inanmırdılar.

Bir neçə saat sonra Rüstamin oyandığını öyrəndim yanına girdim

-Qardaşım necəsən?

-Jasmin necədir?

-Həyatdadır narahat olma sən ayağa qalx görərsən

Sanki üzündə olan bütün ağırlıq qalxdı gözlərində bir təbəssüm oyandı

-Qəza deyildi

-Nə?

-Qəza deyildi sürücü maşını üzərimizə sürürdü

-Sürücü həbsdə öldürülüb Rüstam

-Əlbətdə həmişə ki, kimi olacaqdıda

Rüstamdan

Cahitin sözləri nə dəqər içimi rahatlatsada öz gözlərimlə görmək isdəyirdim.Məni Jasminin yanına aparmayacaqdı ona görə məni onun yanına aparacaq biri lazım idi.

-Eltun

Bir neçə saniyə sonra içəri girdi

-Buyrun Rüstam Bəy

-Eltun ayağa qalxmağıma kömək et

-Cənab həkimlər 1 həfdə ayağa qalxa bilməyəciyinizi dedilər

-Araba gətir onda

Eltun arabanı yatağıma gətirib mənim oturmağıma kömək etdi

-Məni Jasminin yanına apar

-Ama cənab

-Dediyimi elə

-Oldu cənab

Bir qədər sonra gəldiyimiz yer...

-Eltun burda nə işimiz var?

-Cənab vəziyyəti yaxşı deyil

Şüşədən içəri baxanda hər yeri yanmış Jasmini gördüm yox-yox bu O, ola bilməzdi.



MüəLLif: Джиган(А л и)





Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
656 609 549 559 561 560

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.