Sevgi şairi

Sevgi şairi özünü 😟 tənha hiss edir. Şeirlər 10-10-2025, 10:00

Çalışıb yadından çıxartma məni

Çalışıb yadından çıxartma məni

Mən sənə hamıdan yaxşı olmuşam,

Bəlkə həsrətindən belə solmuşam,

Zamansız dərd çəkib yaşa dolmuşam,

Çalışıb yadından çıxartma məni.


Fərqi yox hardasan hansı diyarda,

Gözlərin həsrətdə qəlbin qubarda,

Sacaqlı bir qışda ya xoş baharda,

Çalışıb yadından çıxartma məni.


Yüz sevinc yox etmir adi bir qəmi,

Sən parlayan günəş,mən isə zəmi,

İtirdin mənim tək təni həmdəmi,

Çalışıb yadından çıxartma məni.


Qeybə çəkilibdir xoşbəxtlik sözü,

İndi xoşbəxtliyin tapılmır özü,

Sən çox deyəsi sözüm var düzü,

Çalışıb yadından çıxartma məni,


Xoş gündə çətinki düşəm yadına,

Dar gündə çataram mən imdadına,

Səsləsən gələrəm mən pişvazına,

Çalışıb yadından çıxartma məni.


Hicran,ürəyimə qəm verdi hər an,

Səni xatırlatdı ötən hər zaman,

Beləcə yazıbdı bu bəxti yazan,

Çalışıb yadından çıxartma məni.


Bir ürək susanda könül dil açar,

Arzular quş olub qanadlar açar,

O sevə ürəyin qalanda naçar,

Çalışıb yadından çıxartma məni.


                               İlkin Əzizov

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
196 183 224 200 194 208

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.