ice berg

ice berg İdman 12-10-2025, 11:00

"Qarabağ"dan sıçrayış

"Qarabağ"dan sıçrayış

“Qarabağ” Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) açıqladığı son dünya reytinqində daha 14 pillə yüksəlib.

 

Loading.aZApasport.az-a istinadən xəbər verir ki, bu nəticə komandanın son aylardakı uğurlu çıxışı ilə əlaqədardır.

 

Ötən ayda 38 pillə irəliləyən Ağdam təmsilçisi yüksəliş tendensiyasını davam etdirir. Belə ki, 171 xal toplayan "köhlən atlar" 96-cı yerdən 82-ci pilləyə qalxıb.

 

Digər Azərbaycan klubları da reytinqdə dəyişikliklərlə yadda qalıb. “Sabah” 81 xalla 302-ci mövqedən 296-cı yerə yüksəlib. “Araz-Naxçıvan” 66,5 xalla 355-ci yerdən 391-ci sıraya, “Zirə” isə 65,5 xalla 380-ci pillədən 407-ci yerə geriləyib.

 

Ümumilikdə 501 klubun yer aldığı siyahıya 537 xalla Fransa nəhəngi PSJ başçılıq edir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
205 133 174 174 171 185

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.