ice berg

ice berg İslam Dini 13-10-2025, 17:00

Beytül-mal nədir?

Beytül-mal nədir?

İslamın ilk əsrlərində yığılan bütün vergilər və döyüşlərdə qazanılan qənimətlər xəzinəyə toplanır, sonra təyinatı üzrə xərclənirdi. Ehtiyacı olan hər bir müsəlman buradan pay alırdı. Bu xəzinə beytül-mal (ərəb dilindən tərcüməsi əmlak evi, əmlakın toplandığı yer) adlanırdı. Beytül-mala toplanmış vəsait ölkənin abadlaşdırılmasına, dövlət mə­murlarının və ordunun məvacibinə, şəhid ailələrinə, kasıb müsəlmanların yaşayışının təmin edilməsinə sərf olunurdu. Həmçinin, ömürlük həbs cəzasına məh­kum olunmuş şəxsin ailəsinin təminatı, qatili məlum olmayan ölünün qanbahası, borcunu ödəməyə imkanı olmayan adamın borcu da beytül-maldan verilirdi. O dövrdə beytül-mal ehtiyaclıların ümid yeri olan xəzinə idi. Beytül-mal siyahısından çıxarılmaq ən böyük cəzalardan sayılırdı. Bəzən zalım hakimlər onların qəzəbinə düçar olmuş şəxslərin adını beytül-mal dəftərindən çıxarır, bununla da həmin şəxslərə ciddi maddi ziyan vurmuş, onları dövlət himayəsindən məhrum etmiş olurdular.


Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
308 267 249 323 276 313

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.