Jasmin - BöLüm 22

Jasmin (Qovuşmaq Arzusunda) BöLüm 21
28.02.2016 London.Aylardır Rüstamin üzünə,gözlərinə hətda səsinə belə həsrət qalan Jasmin soyuqdan donmuş əllərini qarşısındaki kofeyə tərəf uzatmış isitməyə çalışırdı.
Jasmindən
Görəsən,indi haradadır,necədir?Onun üçün o qədər darıxmışdımki bəlkədə buradan qaçmalı idim.Bu əsarətə son verməli idim.Amma Rüstamsiz özümü o qədər zəyif hiss edirdimki bacarmayacaqdım.Ölümümü qəbul eləmişdi artığ nə qədər çətin olduğunu bilirəm onun üçün amma qarşısına çıxdığım gündən əzab verirəm ona(Gözlərindən bir neçə damla yaş süzülür).
Atam mənə onun səsini eşitməyi belə qadağan etmişdi.Şəkillərinə isə yalnız şirkətin internet hesabından baxa bilirdim.Aylardır yeni bir şəkil yox idi.Bu isə narahatçılığımı dahada artırırdı.Amma onun səsini eşitməli idim.Əlimdə olsa səsinə belə sarılardım.Hesabı isdədikdən sonra ofisiantı saxlayıb dedim,-əlavə 300 dollar qazanmaq istəyirsən?
-Necə qazanacamki xanım?
-Telefonunu 5 dəqiqəlik mənə verəcəksən mən bir adamla danışacam çıxışda telefonun yenə sənin olacaq.
-Əlbətdə buyurun xanım
Deyərək cibindən telefonunu çıxarıb mənə tərəf uzatdı.
Təşəkkürümü bildirib telefonu əlimə götürdüm.Barmaqlarım əsir,nömrəni yığmaqda çətinlik çəkirdim.Nəhayət bütün cəsarətimi yığıb zəng etdim.
-Alo
Dəyişməmişdi səsi amma sanki bir qədər üzüntü duyulurdu səsində.Qəhər məni boğduğu üçün telefonu əllərimin arasında sıxdım.
-Alo,alo buyurun?
Rüstam,cənab Paul Londonda nə qədər qalacağını soruçur-deyə bir səs gəldi telefondan.Londonmu?Bir dəqiqə necə yəni?Rüstam burada idimi,mənimlə eyni şəhərdəmi,nə işi var idi axı burada?
Telefonu qapadım.Tez notbukumu çıxarıb şirkətin saytına daxil oldum.Budur yeni şəkillər əlavə olunmuşdu bir qədər öncə.Londonun ən böyük şirkətlərindən biri idi Rüstamin müqavilə imzaladığı şirkət.Yox mən artıq onsuz qala bilməzdim telefonu və söz verdiyim məbləği ofisianta verikdən sonra oradan çıxdım.
Rüstamdan
-İşin varsa sonra gəlim Rüstam?
-Yox kim idisə səf düşüb hər halda.Paula bir neçə gün burada qalacağımı bildir.Özün isə hazırlaş mərkəzə tərəf gedəcəyik.
Eltun otaqdan çıxdıqdan sonra pəncərəyə tərəf yaxınlaşdım.Necədə əzəmətli görünürdü bu şəhər.Bir qədər sonra Eltun içəri daxil oldu.
-Cənab gedə bilərik
Əlimlə gedək deyə işarə etdim.
Jasmindən
Çox çətinliklədə olsa qaldığı oteli öyrəndim və bir saat sonra artığ orada idim.Amma içəri necə girəcəkdim?Rüstama deyin ölmüş sevgilisi gəlib.Beləmi deyəcəkdim?Bəlkədə onu görməklə kifayətlənəcəyəm.Mən bunları düşünərkən gözlərin bir anlıq otelin qapısına sataşdı.Bu Rüstam idi həmin gözlər həmin dodaqlar həmin üz.Bir qədər saqqalı uzanmışdı deyəsən.Saçları çox səliqəsiz hala düşmüşdü.Görünür,özünə heç diqqət eləmir.Özümü saxlaya bilmir sürətli addımlarla ona tərəf addımlayırdım.Birdən qolumdan bir nəfər tutub məni geri çəkdi.Çevrildiyimdə qarşımda Eltunu gördüm.Məni binaların arasına çəkib dedi:Jasmin sən yaşayırsan?Amma necə ola bilər bu
-Eltun icazə ver Rüstamin yanına gedim sonra hər şeyi danışacam
-Yox Jasmin buna əsla icazə verə bilmərəm.Rüstam 1 həftədir normal insan halına qayıdıb.Aylardır nə yeyirdi nə içirdi harda yaşayırdı bilirdin?
-Eltun məcbur idim buna inanki məcbur idim.Sənə hər şeyi danışacam
Gəl-deyərək arxasınca getməyimə işarə etdi.Maşınını işə salaraq əyləşməyimə işarə etdi.Sonra isə telefonunu çıxararaq Rüstama nə isə yazdı.Yol boyu bir kəlimə belə danışmadıq amma bir qədər sonra artıq bu sükuta sonra verərək dedim:Hara gedirik?(Nə dəqər axmaq bir sualdır)
-Rahat danışa biləcəyimiz bir yerə Jasmin.
Şəhər kənarı bir kafeyə gəlmişdik.İçəri keçib pəncərənin kənarında əyləşdik.Bir qədər öncə şəhəri ağuşuna almış qar öz yerini yağışa vermişdi.Çox qəribə hava var idi bayırda.
-Səni dinləyirəm Jasmin
Bütün başıma gələnləri Eltuna danışdım.Bütün çöhrəsi heyrətə bürünmüşdü.
-Amma necə ola bilər Jasmin səni öz əllərimizlə dəfn etdik biz.
-Orasını artıq atam və Fidandan soruçarsız.
-Rüstamla mən danışacam Jasmin səni görmək istəsə 2 saat sonra burada olacaq,-Deyərək stoldan qalxdı Eltun.
1 saat sonra(Rüstamdan)
Eltun bir qədər gecikəcəyik,- deyə mesaj göndərdikdən sonra otağıma qalxıb dincəldim bir qədər.Yuxuya getmişdim qapı döyülürdü çətinliklədə olsa gözlərimi açıb ayağa qalxdım.Ahh Eltun imkan ver yataqda biraz ,-deyə şikayətləndim.Qapını açıb geri qayıtdım bir başa özümü yatağa tərəf atdım.Eltun içəri girib stulda əyləşdi.
-Rüstam danışmalıyıq.
-Sonra Eltun.
-Vacib məsələdir çox vacib.
-İndi mənim üçün yuxudan önəmli heç bir şey yoxdur Eltun
-Jasmindəmi?
Bu sözdən sonra gözlərim qeyri-ixtiyari açıldı.Jasminmi?O, Jasmin demişdi.
MüəLLif: Джиган(А л и)






