ice berg

ice berg Moda.Dəb 19-11-2025, 19:00

"Bahalı" təsir yaradan, əlavə xərc tələb etməyən 5 zamansız obraz -

"Bahalı" təsir yaradan, əlavə xərc tələb etməyən 5 zamansız obraz -

Bəzən zamansız və lakonik obrazlar ən son tendensiyalara uyğun hazırlanmış geyimlərdən daha bahalı təsir bağışlaya bilir.

 

Loading.aZ "Who What Wear"ə istinadən xəbər verir ki, sürətlə dəyişən dəb dövrlərində hər yeniliyi əsas qarderoba daxil etmək asan deyil və onların əksəriyyəti göründüyü qədər tez də aktuallığını itirir. Buna görə bir çoxları neytral çalarlı universal geyimlərə əsaslanan klassikaya və minimalizmə üstünlük verir.

 

Bu zaman qiymət nə keyfiyyətin, nə də üslubun başlıca göstəricisidir. Müasir “mass market” markaları çox vaxt real qiymətindən xeyli bahalı görünən, yüksək işlənmiş baza modellər təqdim edir və düzgün qulluqla illərlə istifadə oluna bilər. Aşağıda “mass market” geyimlərlə asanlıqla təkrarlana bilən beş klassik qış obrazı təqdim olunur:

 

1. Dairəvi yaxalı sviter + cins şalvar + ucu iti çəkmələr

 

Belə sviter qış mövsümünün əsl vacib elementlərindəndir. Demək olar hər şeylə uyğunlaşır və həmişə səliqəli görünür. Ayaqqabının tonunu ümumi obrazla uyğunlaşdırmaq isə görünüşə xüsusi zəriflik qatır.

 

2. Sadə futbolkası + cins şalvar + yun palto

 

Sadəlik təəccüblü dərəcədə effektli ola bilər. Ağ futbolka ilə cins şalvar artıq klassik kombinasiya sayılır, strukturlaşdırılmış palto isə görünüşü tamamlayır.


3. Böyük ölçülü köynək + geniş cins şalvar + çəkmələr

 

Bu tip köynək kapsul qarderobun sınanmış elementidir. Soyuq günlərdə üstünə toxunma jilet əlavə etmək, isti havada isə onu tək geyinmək mümkündür. Geniş cinslər silueti daha müasir və balanslı göstərir.

 

4. V-yaxalı sviter + düz cins şalvar + loaferlər

 

V-yaxalı sviteri həm tək, həm də futbolka ilə birlikdə geyinmək olar. Həcmli kəsim və düz cinslər isə harmonik proporsiyalar yaradır.

 

5. Lakonik futbolka + qara ətək + ucu iti baletkalar

 

Ətəklər qışda da tamamilə uyğundur, xüsusilə monoxrom kombinlərdə. Ucu iti baletkalar incəlik qatır, soyuq günlərdə isə bu obrazı uzunboğaz çəkmələrlə uyğunlaşdırmaq mümkündür.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
230 210 216 205 231 207

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.