AzizA

AzizA Avto Dünya 23-11-2025, 19:30

“Kia” bu model avtomobillərini geri çağırır

“Kia” bu model avtomobillərini geri çağırır

“Kia” avtomobil markası 27 mart 2020 – 23 yanvar 2024 tarixləri arasında istehsal edilmiş “Kia K5” sedanlarını geri çağıracaq. Səbəb yanacağın potensial sızmasıdır.

İstehsalçı müəyyən edib ki, həmin avtomobillərdə yanacaq buxarlarının nəzarət sistemindəki geri dönmə klapanı sıradan çıxa bilər.

Bu nasazlıq yanacaq çəninin zədələnməsinə və sızmaya səbəb ola bilər. Hazırda şirkət klapanla bağlı 20 yanacaq sızması hadisəsi barədə məlumatlıdır.

Qeyd olunur ki, dilerlər klapanı dəyişəcək və yeni proqram təminatı quraşdıracaqlar.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
177 179 205 212 223 196

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.