Azərbaycanda dövlət qeydiyyat nişanlarına yeni standart tətbiq OLUNACAQ?
"Azərbaycanda dövlət qeydiyyat nişanlarına yeni standartların tətbiq olunacağı ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir".
Bunu açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) şöbə rəisi Rövşən Tağıyev deyib.
Azərbaycanda dövlət qeydiyyat nişanlarına yeni standart tətbiq OLUNACAQ?
O bildirib ki, hazırda avtonəqliyyat vasitələrinə təhkim olunan dövlət qeydiyyat nişanlarının tərtibatında hər hansı dəyişiklik nəzərdə tutulmur:
"Gələcəkdə bu istiqamətdə hər hansı yenilik olacağı təqdirdə, bununla bağlı ictimaiyyət əvvəlcədən məlumatlandırılacaq".
Qeyd edək ki, Azərbaycanda dövlət qeydiyyat nişanlarına yeni standart tətbiq olunacağı deyilir. Bununla bağlı AZS 599:2025 dövlət standartı qəbul olunduğu deyilir.
Yeni standarta əsasən, nəqliyyat vasitələrinin region kodu həm iki, həm də üçrəqəmli olacaq. Bununla əlaqədar olaraq yeni veriləcək bir sıra nömrələrdə altı rəqəm olacaq:
- İlk 3 rəqəm - region kodu,
- Ardınca gələn 2 hərf - nəqliyyat vasitəsinin seriyası,
- Son 3 rəqəm isə - nəqliyyat vasitəsinin qeydiyyat nömrəsini ifadə edəcək







