AzizA

AzizA Sağlamlıq 25-11-2025, 10:30

Bir qutu enerji içkisi sizdən bunları alır

Bir qutu enerji içkisi sizdən bunları alır

Braziliyalı neyrocərrah Viktor Uqo Espindola xəbərdarlıq edib ki, cəmi bir banka enerji içkisi belə insan sağlamlığı üçün ciddi təhlükə yarada bilər.

Espindolanın sözlərinə görə, enerji içkiləri ürək-damar sisteminə mənfi təsir göstərir və bu, hərəkətsiz həyat tərzi və şəkərli diabet kimi amillərdən asılı olmadan baş verir. Həkim bildirib ki, bu içkilərin əsas problemi onların tərkibindəki taurin və kofeindir. Həmin maddələr damar tonusunu tənzimləyən reseptorlara təsir edir.

Mütəxəssis əlavə edib ki, enerji içkilərinin spirtlə birgə qəbulu riski daha da artırır. Bu zaman arterial təzyiq qəfil yüksələ bilər:

“Əgər sizdə artıq yüksək qan təzyiqi varsa, belə bir birləşmə insultla nəticələnə bilər”, - Espindola vurğulayıb.

Onun sözlərinə görə, bu vəziyyət təkcə yaşlı insanlarda deyil, həm də gənclərdə baş verə bilər.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
174 210 154 179 169 176

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.