ice berg

ice berg Avto Dünya 5-12-2025, 06:00

Ən etibarlı və etibarsız avtomobil markaları - SİYAHI

Ən etibarlı və etibarsız avtomobil markaları - SİYAHI

Əksər sürücülər istəyir ki, onların avtomobili mümkün qədər uzun müddət işləsin. Avtomobilin ömrünü proqnozlaşdırarkən, onun markası həqiqətən də önəmli olur.

 

Loading.az xəbər verir ki, "GOBankingRates" saytında 4 marka təqdim edib. Bu avtomobillər rahatlıqla 400 000 km-dən çox məsafə qət edə bilər. 

 

Həmçinin 4 ən etibarsız avtomobil istehsalçısı da müəyyən edilib. Bu reytinq iSeeCars.com araşdırmasına əsaslanır.

 

4 ən etibarlı avtomobil istehsalçısı

 

"Toyota" markası ən etibarlı avtomobillərin siyahısında birinci olub. Ekspertlər bildiriblər ki, bu Yapon markasının avtomobilləri 17,8% ehtimalla 400 000 km-dən çox məsafəni ciddi nasazlıqlar olmadan gedə bilər.

 

İkinci yer "Lexus" markasına aid olub. Araşdırma nəticələrinə görə, bu avtomobillər 12,8% ehtimalla 400 000 km-dən çox məsafəni problemsiz qət edə bilər.

 

Həmçinin reytinqə "Honda" və "Acura" markaları da daxil edilib. Ekspertlər bu avtomobillərin 400 000 km-dən çox məsafəni ciddi nasazlıqlar olmadan qət etmə ehtimalını müvafiq olaraq 10,8% və 7,2% kimi qiymətləndiriblər.

 

4 ən etibarsız avtomobil istehsalçısı

 

Ekspertlər həmçinin ən etibarsız avtomobillər istehsal edən 4 markanı müəyyən ediblər. Bu siyahıya üç Britaniya istehsalçısı daxil olub.

 

Antireytinqin başında "Maserati", MINI və "Jaguar" markaları qərarlaşıb. Ekspertlərin sözlərinə görə, bu avtomobillərin 400 000 km-dən çox məsafəni ciddi nasazlıqlar olmadan qət etmə ehtimalı 0%-dir.

 

Bundan əlavə, ən etibarsız istehsalçılar siyahısına "Land Rover" markası da daxil edilib. Araşdırmada qeyd olunur ki, bu avtomobillərin yalnız 0,1% ehtimalla 400 000 km-dən çox məsafəni problemsiz qət edə biləcəyi bildirilib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
207 190 180 213 223 210

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.