AzizA

AzizA Programlar 5-12-2025, 14:30

“Microsoft” çətinliklə üzləşir: Bir milyard kompüter hələ də “Windows 10”lə işləyir

“Microsoft” çətinliklə üzləşir: Bir milyard kompüter hələ də “Windows 10”lə işləyir

“Microsoft” oktyabr ayında “Windows 10” üçün əsas dəstəyi dayandırsa da, köhnə əməliyyat sistemi geniş istifadəçi bazası tərəfindən istifadə olunur.

Məlumatlara görə, təxminən bir milyard kompüter hələ də “Microsoft”un əvvəlki nəsil əməliyyat sistemini işlədir.

Dell şirkətinin icraçı direktoru Ceffri Klark bazarda “Windows 10”un quraşdırılmış olduğu təxminən 500 milyon cihazın “Windows 11”-i işlətmək üçün çox köhnə olduğunu açıqlayıb.

Qalan yarım milyard cihaz isə yeni sistemi işlədə bilir. Lakin istifadəçilər hələ də onları yeniləməyiblər.

“Windows 11” dünya miqyasında quraşdırılan cihazların 53,79 faizini təşkil edərək bazarda liderə çevrilib.

Geri qalan masaüstü kompüterlərin 42,62 faizində isə “Windows 10” istifadə olunmağa davam edir. “Windows 7”-ni istifadə edənlərin nisbəti isə 3 faizdən aşağı düşüb.

“Windows 11”in sərt cihaz tələbləri bir çox istifadəçinin əməliyyat sisteminin ən son versiyaya yüksəlməsini çətinləşdirən əsas amildir.

Bu vəziyyət bir çox yeniləmə etmək istəyən şəxsi yeni cihaz almağa məcbur edir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
217 232 167 181 197 195

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.