AzizA

AzizA Sağlamlıq 6-12-2025, 12:30

Portağal suyu insan orqanizmindəki minlərlə genə təsir edir

Portağal suyu insan orqanizmindəki minlərlə genə təsir edir

Yeni araşdırmalar portağal suyunun insan orqanizminə təsirlərinin əvvəl düşündüyümüzdən daha dərin olduğunu ortaya çıxarıb.

Təbii portağal suyu tərkibindəki bioaktiv maddələr vasitəsilə bədəndə minlərlə genin fəaliyyətini tənzimləyə bilir.

Elm insanları qeyd edir ki, portağal suyunun tərkibində yerləşən flavonoidlər, C vitamini və antioksidantlar hüceyrələrdə gen səviyyəsində dəyişikliklər yaradaraq immunitet, maddələr mübadiləsi, iltihab prosesləri və hüceyrə bərpası kimi sistemlərə müsbət təsir göstərir.

Araşdırmanın nəticələrinə görə:

– Antioksidant müdafiəsi güclənir, hüceyrələr zədələnmədən daha yaxşı qorunur.

– İltihab əleyhinə genlərin aktivliyi artır, orqanizm daha balanslı işləyir.

– Enerji və maddələr mübadiləsi ilə bağlı genlər daha effektiv fəaliyyət göstərir.

– Orqanizmə daxil olan zərərli sərbəst radikalların təsirinə qarşı təbii müdafiə mexanizmləri güclənir.

Portağal suyunun bu təsirləri onu sadəcə vitamin mənbəyi olmaqdan çıxarır, bədəndə dərin bioloji dəyişikliklər yaradan funksional qida kimi ön plana çıxarır.

Lakin xəbərdarlıq edirlər ki, portağal suyu təbii və şəkərsiz şəkildə istehlak edilməli, gündəlik miqdar isə həddən artıq olmamalıdır. Çünki yüksək şəkər tərkibi bəzi insanlarda qan şəkəri yüksəlməsinə səbəb ola bilər.

Portağal suyu haqqında bu yeni elmi məlumat, qış mövsümündə immuniteti gücləndirmək üçün təbii üsul axtaranlar üçün xüsusilə maraq doğurur.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
177 154 165 164 206 193

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.