ice berg

ice berg Avto Dünya 7-12-2025, 08:00

"Mercedes" əyləcsiz maşın istehsalına hazırlaşır

"Mercedes" əyləcsiz maşın istehsalına hazırlaşır

Gələcək elektrokarlarda arxa əyləclər olmaya bilər.

 

Loading.aZ xəbər verir ki, "Mercedes-Benz" şirkəti arxa oxda əyləc sistemlərini ləğv etmək imkanlarını araşdırır.

 

Bu, şirkətin törəmə firması "Yasa" tərəfindən hazırlanmış motor-təkərlər sayəsində mümkün olacaq.

 

Məlumata görə, motor-təkərlərin rekuperasiya (enerji bərpa) imkanları o qədər yüksəkdir ki, arxa əyləc mexanizmlərindən tamamilə imtina etmək mümkün olacaq. Bu texnologiya həmçinin kardana oxları və digər transmissiya hissələrinə olan ehtiyacı aradan qaldırır.

 

Yasa şirkəti hesab edir ki, motor-təkərlərin inteqrasiyası sayəsində avtomobilin çəkisi 200-500 kiloqram azalacaq, kompakt quruluş əlavə yer təmin edəcək və aerodinamika üzrə dizaynerlər üçün daha çox sərbəstlik yaradacaq.

 

Bu yenilik gələcəkdə elektrik avtomobillərinin yüngül, kompakt və enerjiyə qənaətcil olmasına imkan verəcək.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
185 218 207 190 207 208

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.