AzizA

AzizA Sağlamlıq 8-12-2025, 10:30

Hansı yağın bədən çəkisinin artmasına daha çox təsiri var?

Hansı yağın bədən çəkisinin artmasına daha çox təsiri var?

Bəzi yağ növlərinin bədən çəkisinə təsiri düşündüyümüzdən fərqli ola bilər. Kaliforniya Universitetinin (Riverside) alimləri araşdırıb ki, soya yağı digər yağlarla müqayisədə bədən çəkisinin artmasına daha çox səbəb ola bilər.

Tədqiqat Journal of Lipid Research jurnalında dərc olunub. Eksperiment zamanı adi siçanlar yüksək yağlı pəhrizdə soya yağı ilə qidalandıqda, onların çəkisi əhəmiyyətli dərəcədə artıb. Lakin genetik dəyişdirilmiş siçanlar eyni pəhrizi qəbul etmələrinə baxmayaraq çəki qazanmamışlar.

Alimlərin fikrincə, fərqin səbəbi HNF4α zülalının variantında idi. Bu zülal yağ mübadiləsi ilə bağlı yüzlərlə geni tənzimləyir. Dəyişdirilmiş siçanlarda bu zülalın az fərqli forması linoleik turşuya — soya yağının əsas komponentinə — orqanizmin reaksiyasını dəyişmişdi.

Tədqiqat müəllifi Sonia Deol bildirib ki, bu, insanların bəzən yüksək soya yağı tərkibli pəhrizdə daha asan çəkidən artmasını izah etməyə ilk addım ola bilər. İnsanlarda HNF4α-nın hər iki variantı təbii şəkildə mövcuddur, lakin alternativ forması yalnız stres, xroniki xəstəliklər, alkoqolizm və aclıq kimi vəziyyətlərdə aktivləşir.

Linoleik turşu oksilipin molekullarına parçalanır və bunlar iltihab və yağ yığılmasına təsir göstərir. Adi siçanlarda oksilipin səviyyəsi yüksək idi, dəyişdirilmişlərdə isə xeyli aşağı qalmış və onların qaraciyəri sağlam qalmışdı. Eyni zamanda dəyişdirilmiş siçanlarda mitoxondriyal aktivlik artmışdı ki, bu da piylənməyə qarşı qoruyucu faktor ola bilər.

Alimlər gələcəkdə araşdırma aparmağı planlaşdırır ki, oxşar təsiri digər linoleik turşu zəngin yağlarda — qarğıdalı, günəbaxan və saflor yağında da müşahidə etmək mümkündürmü.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
161 203 175 185 183 165

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.