ice berg

ice berg İdman 12-12-2025, 11:00

"Real" Alonsoya şərt qoydu

"Real" Alonsoya şərt qoydu

"Real Madrid" La Liqanın 16-cı turunda dekabrın 14-də "Alaves"lə keçirəcəyi oyunda qələbə qazana bilməsə, baş məşqçi Xabi Alonsonun vəzifədən uzaqlaşdırılması gündəmə gələ bilər.

 

Loading.aZ xarici mətbuata istinadən xəbər verir ki, "La Sexta" telekanalının jurnalisti Xose Sançes bu iddianı "X" sosial şəbəkəsində paylaşıb.

 

Bundan əvvəl də mediada Alonsoya qarşı istefa tələblərinin gücləndiyi, xüsusilə Çempionlar Liqasının altıncı turunda "Mançester Siti"yə 2:1 hesablı məğlubiyyətdən sonra onun postunu itirə biləcəyi yazılmışdı. Lakin həmin vaxt qərar verilməmişdi.

 

Xatırladaq ki, Xabi Alonso 2025-ci ilin yayından etibarən "Real Madrid"ə rəhbərlik edir. La Liqanın 16 turu arxada qaldıqdan sonra Madrid klubu 36 xalla turnir cədvəlinin ikinci pilləsində yer alır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
207 201 159 173 188 220

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.