ice berg

ice berg Programlar 18-12-2025, 08:15

Hər şeyi bilmirmiş: "ChatGPT" bu sualın qarşısında mat qaldı

Hər şeyi bilmirmiş: "ChatGPT" bu sualın qarşısında mat qaldı


Müasir dünyada bir çox mövzuda hər kəsin "köməyinə çatan" süni intellekt çatbotu "ChatGPT" primitiv bir məsələni həll edə bilməyib.

 

Loading.aZ "Milliyət"ə istinadən xəbər verir ki, "ChatGPT" çiyələk sözünün ingilis dili versiyasında (strawberry) neçə"r" hərfi olduğunu tapa bilməyib.

 

Çatbot istifadəçinin bu sualına "2" cavabını verib. Reklam vizualları hazırlayan, hesabatlar yazan, mahnılar bəstələyən, hətta mürəkkəb təhlillər aparan sistemin bu testdən keçə bilməməsi heyrət doğurub.

 

Mütəxəssislərin fikrincə, problem "zəka çatışmazlığı" deyil, süni intellektin necə işləməsindədir. Belə ki, "ChatGPT" kimi böyük dil modelləri insanlar kimi sözləri hərf-hərf oxumur. Sistem yazılı sözləri "tokenlər" adlanan hissələrə ayıraraq emal edir. Bu tokenlər bəzən tam bir söz, bəzən heca, bəzən isə sözün bir hissəsi ola bilər.

 

"Strawberry" sözü model tərəfindən "st-raw-berry" şəklində üç ayrı token kimi qəbul edilir. Bu tokenlərdən yalnız ikisində "r" hərfi olduğundan, süni intellekt hərfləri deyil, tokenləri sayır və nəticə səhv olur.

 

Mütəxəssislərin fikrincə, bu nümunəyə görə süni intellekt nə qədər güclü görünsə də, insan zehni kimi işləmədiyini açıq şəkildə göstərir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
194 161 202 168 189 185

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.