AzizA

AzizA Avto Dünya 31-12-2025, 11:30

Ən etibarsız 3 CİP

Ən etibarsız 3 CİP

Britaniyanın “Whatcar” jurnalının avtomobil ekspertləri 2025-ci ilin yekunlarına əsasən, ən etibarsız yürüşlü üç krossoverin (cip) adını açıqlayıblar.

Birinci yerdə 2019-cu il buraxılışlı, benzin mühərrikli “Nissan Juke” qərarlaşıb. Bu yapon avtomobilinin etibarlılığı 55,2% səviyyəsində qiymətləndirilib. Avtomobilin əsas zəif nöqtələri kimi 12 voltluq akkumulyator, mühərrik və yanacaq sistemi göstərilir.

İkinci yeri 64,2% etibarlılıq göstəricisi ilə 2024-cü ildən istehsal olunan “Volkswagen Tiguan” tutub. Bu modeldə daha çox audio sistemi və əyləc sistemi nasazlıqları qeydə alınıb.

Üçüncü yerdə isə əvvəlki nəsil “Kia Sportage” qərarlaşıb. Onun etibarlılıq göstəricisi 72,9% təşkil edir. Sahiblərin əsas şikayətləri benzinli və dizel mühərriklərin etibarlılığı ilə bağlı olub.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
171 187 199 214 139 206

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.