AzizA

AzizA İdman 1-01-2026, 11:30

Dünya futbolunun ən bahalı müdafiəçisi məlum oldu

Dünya futbolunun ən bahalı müdafiəçisi məlum oldu

"Transfermarkt" portalı dünyanın hazırda ən bahalı müdafiəçilərinin reytinqini tərtib edib.

Loading.az xəbər verir ki, ilk sıra "Arsenal" və Fransa millisinin oyunçusu Uilyam Salibaya məxsusdur. 24 yaşlı topçu 90 milyon avro dəyərində qiymətləndirilir.

Reytinqdə ikinci yeri "Barselona"nın 18 yaşlı oyunçusu Pau Kubarsi (80 milyon avro) tutur.

İlk üçlüyü "İnter"in 26 yaşlı oyunçusu Alessandro Bastoni (80 milyon avro) tamamlayır.

Qeyd edək ki, mediada "Real Madrid" və PSJ-nin Salibanın xidmətlərində maraqlı olduğu, lakin "Arsenal"ın öz ulduzunu satmaq istəmədiyi barədə məlumatlar yayılıb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
179 167 165 182 191 183

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.