♔Kraliça♔

♔Kraliça♔ Şeirlər 27-04-2016, 16:07

Mən Böyüdüm Uşaq Olmadan

Mən Böyüdüm Uşaq Olmadan

Mən uşaq olmadım
Oynamadım doya-doya,
Qaçmadım uşaqlar kimi,
Yıxılmadım…

Qanamadı dizim,
Yıxılıb,durmadım uşaqlar kimi.
Pəncərədən izlədim
Parka gedən uşaqları,
Top dalınca qaçanları.
Pəncərədən izlədim…

Mən uşaqlıq nədir bilmədim…
Həyətdə oynamadan,
Dəcəllik etmədən…
Günahkar-günahkar azar eşitmədən
Böyüklər acıqlanar deye,

Qaçıb gizlənmədən

Ağaca çıxmadan,
Çıxıb da yıxılmadan,
Qonşu bağdan meyvə oğurlamadan,

Həyəcanla qaçıb gizlənmədən,
Otların üzərinə uzanıb,
Göyqurşaği izləmədən
Uşaqlıq nədir bilmədən…

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
811 818 796 751 778 781

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.