AzizA

AzizA İdman 7-01-2026, 07:15

“Qalatasaray”la “Fənərbaxça” Türkiyə Superkubokunun FİNALINDA

“Qalatasaray”la “Fənərbaxça” Türkiyə Superkubokunun FİNALINDA

Dünən futbol üzrə Türkiyə Superkubokunda yarımfinal mərhələsinin digər qarşılaşması keçirilib.

Finala vəsiqə uğrunda “Fənərbaxça” “Samsunspor”la üz-üzə gəlib.

Görüş Yeni Adana Stadionunda baş tutub və Bakı vaxtı ilə saat 21:30-da start götürüb.

Kerem Aktürkoğlu və Con Duranın vurduğu qollar sayəsində “sarı-lacivərdlilər” rəqibini 2:0 hesabı ilə məğlub edərək finala yüksəlib. “Fənərbaxça” həlledici görüşdə “Qalatasaray”la qarşılaşacaq.

Xatırladaq ki, yarımfinal mərhələsinin ötən gün keçirilən ilk oyununda “sarı-qırmızılılar” “Trabzonspor”u 4:1 hesabı ilə məğlub edərək finala adlayıblar.

Qeyd edək ki, Türkiyə Superkubokunun final qarşılaşması yanvarın 10-da Atatürk Olimpiya Stadionunda keçiriləcək.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
205 168 178 190 154 167

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.