ice berg

ice berg Ana və uşaq 8-01-2026, 15:00

Nənə-baba tərbiyəsində böyüyən uşaqlar

Nənə-baba tərbiyəsində böyüyən uşaqlar


“Geniş ailərlərdə, nənə-baba yanında böyüyən uşaqların psixologiyası, emosional inkişafı necə gedir?”, “Yaşdlarından hansı əlamətlərə görə fərqlənir?” və s. kimi suallar alırıq.

 

Bildirmək lazımdır ki, geniş aillərdə böyüyən uşaqlarda davranış pozuntularına daha çox rast gəlinir. Bu aqressivlik, kəmhövsələlik, kaprizlər, istədiyini əldə edə bilmədikdə çox ağlaması və s. kimi özünü göstərir. Belə hallarda hər dəfə nənə-baba tərəfindən müdafiə olunan, istədikləri edilən uşaqlarda “mən istədiyimi almaq üçün ağlasam mənim köməyimə çatacaqlar” kimi bir fikir formalaşır. Növbəti dəfə, istədiyini, hissslərini sözlə ifadə etmək yerinə dağıdaraq, qışqıraraq etməyə başlayır. Belə situasiyada ailə üzvlərinin ortaq məxrəcə gəlməsi, bir-birini dinləməsi vacib məqamdır. Analar uşağın indiki davranışlarının gələcə nəticələrinə daha çox fokuslandığı üçün fərqli düünür. Ona görə də, özladının tərbiyəsində daha tələbkar və uzaqgörən davranmağa çalışır Yəni, qaydalar hamı tərəfindən qəbul olunmalı və əməl olunmağa çalışılmalıdır. Məsələn: uşağın saat 9:00-da yatması, yatağında və ya oyun oynayaraq yemək yeməsinə icazə verilməməsi. Hər kəsin masada əyləşərək yemək yeməsi fikrinin qayda olaraq qoyulması və s. Ana-ata da nənə və babadan uşaq kaprizlər etsə belə qaydaların pozulmaması üçün xahiş etməli və bu baxımdan ortaq məxrəcə gəlinməlidir. Belə olduqda nənə-baba da nəvəsinin tərbiyəsinə başqa mövqedən yanaşmağa başlayır. Burada nənə və babaların belə davranmasının alıtında əslində psixoloji faktrlar dayanır. Belə ki, yaşın artması ilə şüuraltı baş verən ölüm qorxusu bu günü yaşamağa vadar edir. Məsələn: nənə düşünür ki, “60 yaşım var, ömrümün çox hissəsi gedib və bu günü xoş yaşayım, nəvəmlə istədiyimiz kimi vaxt keçirim. Onun istədiklərini yerinə yetirim.” Belə olan halda nənə-babanın “qoruması” ilə kiçik yaşlardan ərköyün, şıltaq böyüyən uşaqlar irəli yaş dönəmlərində daha çox problem yaşayır və öz yaşıdları ilə münasibət qurmaqda çətinlik çəkirlər. Artıq, bir müddət sonra nənə-babanı da “görmür”, tabe olmur və bu davranış pozuntuları oğurluq, yalan danışma, aqressiv davranışlar və s ilə müşahidə olunur.

 

Həmçinin, nənə-baba ilə yatan uşaqlar var. Bu da düzgün deyil. Belə olan halda uşağın nənə-baba ilə emosiaonal bağlılığı daha da artır və onların fikirlərinə, sözlərinə valideyninkilərdən daha çox əməl etməyə çalışır. Bu da bir müddət sonra valideyn-övlad münasibətlərində gərginləşməyə gətirib çıxara bilər.

 

İstər nənə-baba, istərsə də ata-ana kimi uşağa olan sevgimizi kontrolda saxlmağı bacarmalıyıq ki, o ətrafı ilə düzgün münasibət qura və şəxsiyyət kimi inkişafını tamamlaya bilsin.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
232 180 194 181 181 161

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.