Uşaqların qızdırmasını yalnız bu dərman salır - Həkim açıqladı
Uşaqlar arasında son günlər yüksək hərarət, boğaz ağrısı və öskürəklə müşayiət olunan xəstəlik yayılıb. Temperaturun yüksəkliyi o həddə çatır ki, onu hər hansısa dərman vasitəsi ilə endirməyə valideynlər çətinlik çəkirlər.
Bəs görəsən, hansı dərman pereparatı vaxtında, erkən istifadə olunduqda, uşağın qızdırmasını sala bilir?
Bu barədə həkim-pediatr Elşən Tağıyev danışıb.
O qeyd edib ki, "Fluvir" adlı dərmanı ilk iki gündə qəbul etdikdə, yüksək hərarət də yaranmır:
"Qrip əleyhinə istifadə olunan bu dərmanı xəstəliyin ilk 2 günündə, yəni 48 saat ərzində vermək lazımdır. Bu, həm xəstəliyin müddətini, həm də ağırlaşma ehtimalını 50% azaldır. Ağırlaşmalara gəlincə, buraya qulaq ağrısı, pnevmoniya və sinusit daxildir".







