AzizA

AzizA Texnologiya 16-01-2026, 11:30

“iPhone 18”in xüsusiyyətləri sızdırıldı

“iPhone 18”in xüsusiyyətləri  sızdırıldı

Sızan məlumatlara görə “iPhone 18” seriyası dizaynda böyük dəyişiklikdən çox, ekran quruluşunda təkmilləşdirmələrə fokuslanacaq.

Pro modellərdə “Face ID” sensorlarının ekran altına keçirilməsi nəticəsində “Dynamic Island” xeyli kiçiləcək və yalnız ön kamera üçün kiçik dəlik qalacaq.

Test mərhələsində olan “iPhone 18 Pro” (6,27 düym) və “Pro Max” (6,86 düym) modellərinin 120 Hz LTPO ekranla təchiz olunacağı bildirilir.

Standart “iPhone 18” 6,27 düym, “iPhone Air 2” isə 6,55 düym ekrana sahib olacaq.

Pro modellərin 2 nm A20 Pro çipi, dəyişən diyafragmalı kamera və təkmilləşdirilmiş sensorlarla təchiz ediləcəyi deyilir.

“Apple”ın Pro modelləri 2026-cı ilin sonunda, standart “iPhone 18” və 18e-ni isə 2027-ci ilin yazında təqdim edə biləcəyi iddia olunur.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
193 184 204 199 190 186

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.