AzizA

AzizA Sağlamlıq 16-01-2026, 17:30

İllərlə sirr qalan xəstəliyin səbəbi üzə çıxdı

İllərlə sirr qalan xəstəliyin səbəbi üzə çıxdı

Avstraliyanın Qriffit Universitetinin alimləri xroniki yorğunluq sindromunun (mialgik ensefalomielit) mümkün bioloji səbəbini müəyyən ediblər. Araşdırmaya görə, bu xəstəlik zamanı hüceyrələrdə kalsiumun ötürülməsinə cavabdeh olan TRPM3 ion kanalının fəaliyyəti zəifləyir.

Alimlər qeyd edirlər ki, kalsium siqnalları immun sisteminin normal işləməsi üçün vacibdir və bu mexanizmin pozulması xroniki yorğunluq, ağrı, başgicəllənmə və zehni problemlərlə müşayiət olunan simptomlara səbəb ola bilər.

Tədqiqatçılar hesab edirlər ki, bu kəşf xəstəliyin uzun müddət psixoloji problem kimi qiymətləndirilməsinə son qoya və yeni diaqnostika və müalicə üsullarının hazırlanmasına imkan yarada bilər.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
193 157 181 156 201 177

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.