AzizA

AzizA Sağlamlıq 16-01-2026, 22:30

İspanaqdan 100 qat daha güclü: Bir ovucu maqnezium ehtiyacını tam qarşılayır

İspanaqdan 100 qat daha güclü: Bir ovucu maqnezium ehtiyacını tam qarşılayır

Sağlam qidalanma mütəxəssisləri maqnezium mənbəyi dedikdə ağla ilk gələn ispanağı kölgədə qoyacaq bir qida barədə məlumat verir. Cəmi bir ovuc qəbul etməklə bədənin günlük mineral ehtiyacını qarşılayan bu möcüzəvi qida "Balqabaq tumu"dur.

Maqnezium bədənimizdə enerji istehsalı, sümük sağlamlığı və sinir sisteminin tənzimlənməsi üçün həyati əhəmiyyət kəsb edir. Yeni araşdırmalar göstərir ki, balqabaq tumu tərkibindəki maqneziumun sıxlığına görə ispanağı dəfələrlə geridə qoyur.

100 qram balqabaq tumunda təxminən 262 mq maqnezium var ki, bu da ispanaqdakı miqdardan qat-qat çoxdur.

Tərkibindəki sink və maqnezium sayəsində stressi azaldır və yuxu keyfiyyətini artırır.

Pis xolesterolu aşağı salır və damar sağlamlığını qoruyur.

Bol miqdarda antioksidant ehtiva etdiyi üçün bədəni infeksiyalardan qoruyur.

Mütəxəssislər bildirir ki, balqabaq tumunun bütün faydalarından yararlanmaq üçün onu çiy (qovrulmamış) və duzsuz şəkildə yemək lazımdır. Gün ərzində bir ovuc (təxminən 30 qram) istehlak etmək kifayətdir.

Balqabaq tumu yüksək kalorili olduğu üçün çəki nəzarəti edən şəxslər miqdara diqqət yetirməlidir. Həmçinin, həzm problemi olanların həddindən artıq istehlakdan qaçması tövsiyə olunur.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
159 188 170 178 174 202

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.