♔Kraliça♔

♔Kraliça♔ Sağlamlıq 1-05-2016, 15:00

Arıqlamağın yeni üsulu tapıldı

Arıqlamağın yeni üsulu tapıldı

Həkimlər orqanizmdə maddələr mübadiləsini sürətləndirməyə imkan verən yeni qaydalar toplusu hazırlayıblar.

"South Asia Mail" bildirir ki, Cons Hopkins Universitetinin ekspertlərinin dediklərinə görə, bəzi insanların orqanizmindəki metabolizmin xüsusiyyətlərindən asılı olaraq həmin adamlar nə istəsələr, yeyir və kökəlmirlər. Halbuki insan istənilən yaşda metabolizmi sürətləndirərək orqanizmi daha çox kalori yandırmağa vadar edə bilər.

Hər insanın orqanzmində sakitlik vaxtı metabolizm səviyyəsinin göstəricisi var. Bu, insanın yuxu, mütaliə və ya istənilən passiv məşğuliyyət zamanı yandırdığı kalorilərin sayıdır. Həyat səviyyəsini saxlamaq üçün orqanizm insanın qəbul etdiyi kalorilərin 65-75 faizini yandırmalıdır.

Fiziki aktivliyə kalorilərin 15-30 faizi sərf olunur, 5-10 faiz həzm prosesi və bədəndə qidanın "nəqli"nə işlənir. Bədən əzələlərinin hər 450 qramı gündə 6 kalori yandırır, piylər isə yalnız 2 kalori işlədir.

Yəni metabolizmi sürətləndirmək üçün əzələ kütləsini artırmaq gərəkdir. Gündə 30 dəqiqə orta intensivlikli məşqlər 1000 kalorini yandırmağa imkan verir.

Açıq məkanda, soyuq havada məşq də yaxşıdır. İnsan sutkada 7 saatdan az yatanda isə metabolizm zəifləyir və əvəzində aclıq hormonu - qrelin səviyyəsi artır.

Dietoloqların dediklərinə görə, səhər yeməyini mütləq yemək gərəkdir və bu zaman lifli qidalara üstünlük verilməlidir. Metabolizmi zülallar və adi su da sürətləndirir.

30 dəqiqə ərzində içilən 2 fincan su metabolizmi 40 faiz sürətləndirir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
636 709 596 550 641 567

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.