AzizA

AzizA Moda.Dəb 26-01-2026, 10:30

80-ci illərin saç düzümü Hollivud ulduzları arasında ən dəbli trendə çevrildi

80-ci illərin saç düzümü Hollivud ulduzları arasında ən dəbli trendə çevrildi

“Hello!” jurnalı Hollivud sənətçiləri arasında ən dəbli saç düzümünün “bebi-malett” olduğunu bildirib.

Kişi məşhurlar 1980-ci illərdə populyar olan saç kəsiminin bir variantına maraq göstərməyə başlayıblar. Söhbət “bebi-malett”dən (baby mullet) gedir. Bu saç düzümü “mini-malett” və ya “şulet” (şeggi ilə malett arasında bir üslub) kimi də tanınır və yanlardan qısa, arxa hissədə (ensədə) isə orta dərəcədə uzadılmış saçlarla xarakterizə olunur.

Qeyd olunur ki, bu cür saç düzümü ilə qırmızı xalça tədbirlərində aktyorlar Qlen Pauell, Ceykob Elordi, Ceremi Allen Uayt, Eşton Kuçer və Patrik Şvartsenegger, həmçinin “Çox Qəribə Hadisələr” və “Qızğın Rəqabət” seriallarının ulduzları Co Kiri və Konnor Storrinin də göründüyü bildirilib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
193 270 216 244 185 207

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.