AzizA

AzizA Sağlamlıq 27-01-2026, 08:30

Suşi yemək təhlükəlidir?

Suşi yemək təhlükəlidir?

Son illərdə Azərbaycanda Yaponiyanın məşhur yeməyi suşi geniş yayılıb.

Bəzi insanlar tərəfindən sevilən bu qidanın təhlükəli olub-olmaması hər zaman müzakirə mövzusu olub.

Ekspertlər bildirir ki, suşi əslində düzgün hazırlandıqda təhlükəsizdir:

"Əgər balıqlar idxaldan gəlibsə, onların sağlamlıq aktları, ekspertiza sənədləri var və temperatur rejimi düzgün saxlanılıbsa, təhlükə minimaldır. Suşi evdə saxlanarkən də soyuducuda saxlanmalı və qısa müddətdə istehlak edilməlidir".

Qeyd olunub ki, Azərbaycan bazarında suşilər təqribən 20-50 AZN arasında qiymətlərlə təqdim olunur. Onlar müxtəlif ölçülərdə paketlərdə satılır və yanında zəruri əlavələr də olur.Nəzərə çatdırılıb ki, insanların bu yeməyi sevməyində əsas səbəblərdən biri də balıq məhsullarına əlçatanlığın təmin olunmasıdır.

Dünyada və Azərbaycanda sürətli çatdırılma və ictimai iaşə xidmətlərinin populyarlığı suşinin geniş yayılmasına təsir göstərir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
173 187 188 192 181 170

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.