Mələy0001

Mələy0001 Maraqlı 14-10-2017, 10:00

Suya düşən smartfonu necə xilas etməli?

Suya düşən smartfonu necə xilas etməli?



Əgər smartfonunuz suya düşübsə, vaxt itirməyə dəyməz.

Loading.Az lent.az-a istinadən xəbər verir ki, ekspertlər hesab edir ki, sadə qaydalara riayət etməklə suya düşmüş smartfonu xilas etmək mümkündür.

İlk növbədə suya düşmüş smartfonu dərhal sudan çıxarmaq lazımdır. Çünki suda çox qalan telefonu xilas etmək şansları azalır.

Sudan çıxardıqdan sonra telefonu dərhal söndürmək və batareyasını ayırmaq tələb olunur. Onu hissələrə ayırmaq və bir müddət belə saxlamaq lazımdır. Hissələrə ayrılmayan telefonu, sadəcə, söndürmək kifayət edir. Bu, qısaqapanmanın qarşısını almaq üçün gərəkdir.

Bundan başqa, əgər sim-kart və yaddaş kartı telefonun içindədirsə, onları da çıxarın! Bu, onları qurutmaq və telefonun içindəki su ilə təmasdan qorumaq üçün lazımdır.

Daha sonra qadceti quru horizontal səthin üzərinə qoyun, salfetlə içini və çölünü qurudun. Telefonu salfetə büküb iki gün düyü ilə dolu plastik paketdə də saxlamaq olar. Bu, çox gözəl qurutma üsulu sayılır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
567 522 463 496 512 560

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.