Bunları evlənməzdən əvvəl soruşun!

Bunları evlənməzdən əvvəl soruşun!
Bunları evlənməzdən əvvəl soruşun!
Evləndikdən sonra ciddi problemlərlə qarşılaşmaq istəmirsinizsə, bəzi məsələləri əvvəlcədən bilməlisiniz. Odur ki, bu sualları evlənməzdən əvvəl mütləq soruşun.

Uşaqlar
“Nə vaxtsa bizim uşaqlarımız ola bilər?” Özünü o ailənin içində təsəvvür edə bilirsən?

İqtisadi məsələlər
İqtisadi vəziyyətinizin, tələblərinizin və gözlədiklərinizin nə olduğunu bilirsinizmi? Kim nə qədər pul qazanacaq və həyat standartlarınız hansı vəziyyətdə olacaq?

Sosial həyat
Zövqləriniz, xobbiləriniz, dostlarınız, ailələriniz ilə münasibətləriniz uyğun gəlirmi?

Sevgi və eşq qavramı
Münasibətlərinizdən gözlədiyiniz və sevgi haqqında anlayışınız eynidirmi?

Toy
Toyla bağlı olan xəyallarınız nə dərəcə üst-üstə düşür? Xəyallarınızdakı toy eynidirmi, ən azından oxşardırmı?

Məqsədlər və arzular
Gələcəyinizlə bağlı arzularınız bir-birinə ziddir, yoxsa ortaq xəyallar qurmaq imkanı da var.

Məsuliyyət
Hər ikiniz də evlilik və uşaq məsuliyyətini öz üzərinə almağı eyni dərəcədə istəyir və qəbul edirsiniz?

Əsəblərə nəzarət
Gərgin olduğunuz və mübahisə etdiyiniz vaxtalarda özünüzü nəzarət altında saxlamaq üçün nə edirsiniz? Hər ikiniz də ən çox nələrə əsəbləşirsiniz?

Tətillər
Tətil anlayışınız uyğundurmu? Dincəlmək ikiniz üçün də eyni anlama gəlirmi?

İnanclar
Dini, siyasi və digər inanclarınız uyğundurmu? Övladınız olduğu zaman ona öyrədəcəyiniz əxlaqi dəyərlər bir-birinə oxşardırmı? Mənəvi dəyərləriniz bir-birinə bənzəyir və uyğunlaşırmı?


Ev heyvanları
Evdə bir heyvan bəsləmək mövzusundakı fikirlərimiz nədir?


Əyləncə
Əylənmək sizə nə verir? Dostlarınızla qırılmaz əlaqə qurmaq və birlikdə əylənmək mövzusundakı fikirləriniz nədir?

Eqolar
Eqolarınız hansı vəziyyətdədir? Özünüzü nə qədər düşünür, bəyənir və qarşıdakı insanın fikirlərinə nə dərəcədə hörmət edirsiniz?

Eviniz
Xəyalınızdakı ev necədir? Hansı şəhərdə, hansı rayonda və nə cür evdə yaşamaq istəyərdiniz? Bu mövzuda fikirləriniz eydirmi?

Tələblər
Həyatda olan məqsədlərinizi, tələblərinizi bir-birinizə güzəştə gedə bilərsinizmi?

Gələcək
Özünüzü illər sonra harada görürsünüz? İkinizinn də gördüyü eynidirmi?

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
654 581 603 561 547 454

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.