AzizA

AzizA Texnologiya 10-02-2026, 11:30

Telefonunuz soyuqda qəfil sönürsə, bunları bilməlisiniz

Telefonunuz soyuqda qəfil sönürsə, bunları bilməlisiniz

Smartfonların batareyaları soyuq havada qəfil sönə bilər.

Rusiyalı professor Aleksey Yurasov bildirib ki, litium-ion batareyalar əsasən otaq temperaturuna uyğun işləyir və 0°C-dən aşağıda performansını itirir. Soyuqda batareyanın kimyəvi reaksiyaları ləngiyir, daxili müqavimət artır və enerji ötürülməsi zəifləyir. Bu halda qoruyucu mexanizm işə düşür və telefon sönür.

Yurasov əlavə edib ki, litium-polimer batareyalar şaxtaya daha davamlıdır, lakin yüksək qiymətinə görə az istifadə olunur. O, həmçinin cihazın korpus materialının da əhəmiyyətli olduğunu vurğulayıb: metal korpuslu modellər istiliyi daha tez itirir, plastik və qalın üzlüklü telefonlar isə daha uzun müddət işləyir.

Ekspert soyuq havada smartfonu daxili cibdə saxlamağı, istilik saxlayan üzlükdən istifadə etməyi və soyuyan cihazı birbaşa yükləmədən əvvəl otaq temperaturunda isinməyə qoymağı tövsiyə edib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
188 159 209 180 182 167

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.