ice berg

ice berg Avto Dünya 13-02-2026, 21:00

"BMW" 575 min avtomobili GERİ ÇAĞIRIR

"BMW" 575 min avtomobili GERİ ÇAĞIRIR

Almaniyanın məşhur avtomobil istehsalçısı "BMW" təhlükəsizlik səbəbilə genişmiqyaslı geri çağırma kampaniyasına start verir.

 

Loading.aZ xarici mətbuata istinadən xəbər verir ki, şirkət dünya üzrə ümumilikdə 575 min avtomobili servisə dəvət edəcək.

 

Bu barədə məlumatı "Bild" nəşri yayıb.

 

Aparılan texniki araşdırmalar zamanı müəyyən olunub ki, bəzi modellərdə mühərrik işə salınarkən elektrik sistemində qısaqapanma yarana bilər. Bu nasazlıq isə avtomobildə yanğın təhlükəsi formalaşdırır.

 

Geri çağırma kampaniyası "BMW 2 Series Coupe", 3, 4 və 5-ci seriyaların müəyyən versiyalarını, eləcə də "6 Series Gran Turismo" və "7 Series Limousine" modellərini əhatə edir. Siyahıda həmçinin "BMW" X4, X5, X6 krossoverləri və Z4 rodsteri də yer alıb.

 

Şirkət bildirib ki, problem pulsuz şəkildə aradan qaldırılacaq və avtomobil sahiblərinə bununla bağlı rəsmi bildiriş göndəriləcək.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
157 158 175 165 193 160

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.