♔Kraliça♔

♔Kraliça♔ Sağlamlıq 1-05-2016, 15:00

Badamla gözəlləşin

Badamla gözəlləşin

Kleopatranın gözəlliyi haqqında deyilən rəvayətlərin birində göstərilir ki, o badam yağından mütəmadi olaraq istifadə ediridi. Badam yağı dərini və saçları inanılmaz dərəcədə yumşaq edir, onun möcüzəvi tərkibini bütün dünya kosmetoloqları və trixoloqları yüksək qiymətləndirir. Badam yağı A, E, F vitaminləri ilə zəngindir. O dərini çox gözəl qidalandırır, qan dövranını yaxşılaşdırır, piy toxumasının işini normallaşdırır. Dəriyə elastiklik, saçlara parlaqlıq və yumşaqlıq bəxş edən Omeqa-3 və Omeqa-6 turşulara sahib olan unikal meyvə və yağdır.

Üz dərisi üçün tonusverici maska:

1 çay qaşığı badam yağı ilə həmin miqdarada limon şirəsini qarışdırın. Alınan məhlulu üz və boyun hissənizə çəkin. 15 dəqiqədən sonra ilıq su ilə yuyun. Bütün dəri növləri üçün məsləhətdir.

Yağlı dəri üçün skrab-maska:

Blenderdə 200 qr yulaf topaları və 10 ədəd badamı əzin, məhlulu yumurtanın ağı ilə çalın. Nəmlənmiş üz və boyun dərisinə çəkin. 5 dəqiqə saxladıqdan sonra yuyun. Həftədə 1 dəfə etmək olar. Bu maska dəriyə tonus bəxş edir və təmizləyərək gümrahlıq hissi bəxş edi

Saç üçün qidalandırıcı maska :

2 xörək qaşığı badam yağı ilə 1 yumurtanın sarısını qarışdırıb. Saçların dibinə və saçlara çəkin. Üstündən duş üçün papaq geyinib, 15 dəqiqədən sonra yuyun. Bu maska rənglənmiş saçların rəngini uzun müddət qoruyub saxlayacaq. Təbii saçların isə mükəmməl olmasını təmin edəcək
.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
717 644 642 664 624 556

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.