ice berg

ice berg Texnologiya 15-02-2026, 18:08

"Hyundai" insanabənzər "Atlas" robotunu təqdim etdi

"Hyundai" insanabənzər "Atlas" robotunu təqdim etdi

"Hyundai" avtokonserninə məxsus "Boston Dynamics" şirkəti Las-Veqasda keçirilən "CES 2026" sərgisində ilk dəfə "Atlas" insanabənzər robotunu nümayiş etdirib.

 

Loading.aZ xəbər verir ki, məlumatı 1news.co.nz yayıb.

 

"Atlas" təqdimat zamanı müstəqil şəkildə yerindən qalxıb, səhnədə rahatlıqla addımlayıb, tamaşaçılara əl edib, gövdəsini və başını rahat şəkildə hərəkət etdirə bilib. O, uzaqdan mühəndis tərəfindən idarə olunub, amma real şərtlərdə "Atlas" özü yeriyəcək və tapşırıqları yerinə yetirəcək.

 

Robot sənayedə istifadə üçün nəzərdə tutulur. 2028-ci ildə "Atlas"ın Corciya ştatında (ABŞ) "Hyundai" avtomobil zavodunda elektromobil istehsalına yardım etməyə başlayacağı gözlənilir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
163 166 148 197 164 207

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.