ice berg

ice berg İdman 16-02-2026, 10:35

Qurban Qurbanova "Mənə yaxşı təklif var" deyən futbolçu kim olub?

Qurban Qurbanova "Mənə yaxşı təklif var" deyən futbolçu kim olub?

Misli Premyer Liqasında "Şamaxı" - "Qarabağ" (1:2) qarşılaşmasının ardından keçirilən mətbuat konfransında "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun toxunduğu mövzulardan biri də komanda üzvlərindən birinə gələn təklif olub. Təcrübəli mütəxəssis "bu gün də bir futbolçum mənə yaxınlaşıb deyir ki, yaxşı təklif var, nə düşünürsünüz, getməyim və ya qalmağımla bağlı" ifadələrini işlədib. Artıq həmin oyunçunun kimliyi dəqiqləşib.

 

Loading.aZ Qol.az-a istinadla xəbər verir ki, sözügedən futbolçu braziliyalı yarımmüdafiəçi Pedro Bikalyodur.

 

24 yaşlı dayaq yarımmüdafiəçisi ötən ilin yay transfer pəncərəsində Braziliyanın "Palmeyras" klubundan Ağdam təmsilçisinə keçid edib. O, nümayiş etdirdiyi inamlı oyunla qısa müddətdə komandanın əsas heyətində möhkəmlənməyi bacarıb.

 

Bikalyo UEFA Çempionlar Liqası çərçivəsində baş tutan "Benfika" - "Qarabağ" qarşılaşmasının ən yaxşı oyunçusu adına layiq görülüb. Son zamanlar mətbuatda onun adı tez-tez müxtəlif klublarla hallanır və transfer təklifləri aldığı barədə məlumatlar yayılır.

 

Xatırladaq ki, braziliyalı legionerin "Qarabağ" klubu ilə mövcud müqavilə müddəti 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
123 165 166 168 150 133

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.