ice berg

ice berg Avto Dünya 18-02-2026, 19:00

Tanınmaz dərəcədə dəyişdi: Toyota məşhur modelin yeni nəslini təqdim etdi

Tanınmaz dərəcədə dəyişdi: Toyota məşhur modelin yeni nəslini təqdim etdi

“Toyota Highlander”in yeni versiyası elektrikli nəqliyyat vasitəsinə çevrilib.

 

Toyota ABŞ-da rəsmi olaraq yeni 2027 Highlanderi təqdim edib. 

 

Loading.aZbxarici mətbuata istinadla bildirir ki, şirkət bu barədə öz veb saytında məlumat verib.


Məşhur model tamamilə elektrik mühərrikinə keçib. Benzin, dizel və ya hibrid versiyaları artıq mövcud deyil.

 

Avtomobilin xarici görünüşü də kökündən yenidən dizayn edilib. İndi o, Toyota bZ (beyond Zero) elektrik avtomobilləri ailəsinə bənzəyir. Yenilənmiş Highlander dizaynında sərt kənarlar üstünlük təşkil edir. Avtomobil yüksək kapot və aydın burun hissəsinə malikdir, faralar və arxa işıqlar isə LED zolaqları ilə birləşdirilib.

 

Avtomobilin ölçüləri də əhəmiyyətli dəyişikliklərə məruz qalıb: artıq uzunluğu 5050 millimetr, eni 1990 millimetr və hündürlüyü 1710 millimetrdir. 2027 Highlanderin təkər bazası 3050 millimetrdir.

 

Yeni model 6 və 7 yerlik konfiqurasiyalarda təklif olunacaq. Ön təkərli versiya 221 at gücünə, tam ötürücülü versiya isə 338 at gücünə malikdir.

 

77 kVt/saat (434 kilometrə qədər məsafə üçün) və 96 kVt/saat (515 kilometrə qədər məsafə üçün) tutumlu batareya blokları təklif olunacaq. Avtomobilin interyerində 12,3 düymlük rəqəmsal cihaz paneli və 14 düymlük mərkəzi sensor ekran var.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
164 165 184 187 180 169

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.